Salyanda ağır qəza baş verdi: ÖLƏNLƏR VAR - VİDEO

Salyanda iki minik avtomobili toqquşub. Nəticədə 2 nəfər həyatını itirib. Xaçmazda isə minik avtomobili velosipedçini vurub. Ağır bədən xəsarətləri alan 20 yaşlı gənc hadisə yerində keçinib.
Salyanda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında şəhərin 20 yanvar küçəsində qeydə alınıb.
Rayonun Çuxanlı kənd sakini, 68 yaşlı Şərifalı İbişovun idarə etdiyi minik avtomobili başqa bir minik maşını ilə toqquşub. Nəticədə sürücü Şərifalı İbişov və sərnişini 64 yaşlı Məhbubə Bayramova ağır bədən xəsarətləri alıblar. Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən sürücü yolda keçinib. Digər yaralı isə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Məhbubə Bayramovanın həyatını xilas etmək mümkün olmayıb.
Xaçmazda isə avtomobil velosipedçini vurub. Hadisə rayonun yeni həyat qəsəbəsində qeydə alınıb. 35 yaşlı Səid Tahirov idarə etdiyi minik avtomobili ilə qarşı yoldan gələn, velosipedçi 2002-ci il təvəllüdlü Nazim İsayevi vurub. Velosipedçi aldığı xəsarətlərdən hadisə yerində keçinib. Həmin anlar yaxınlıqda olan təhlükəsizlik kamerasına da düşüb. Faktla bağlı cinayət işi başlanıb.
Ödənişli yolda aşan “BMW X7”də ölən Eltonun FOTOsu
Şirvanda qəza: “Mercedes”lə toqquşan “VAZ” aşdı - VİDEO
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı - VİDEO
Bakı-Sumqayıt yolunda ağır qəza: Tıxacın uzunluğu Dərnəgülə çatır - VİDEO
Sərxoş və vəsiqəsiz sürücü qəzaya səbəb oldu: 4 yaralı, 8 800 manat cərimə
ANAMA-nın əməkdaşı yol qəzasında öldü - FOTO
Füzulidə AĞIR QƏZA: Avtomobil ağaca çırpıldı, sürücü ÖLDÜ
Xaçmazda AĞIR QƏZA: ÖLƏN VAR - FOTO - YENİLƏNİB
Bakıda sürücü motosikleti vurub aşırdı; kuryer asfalta yıxıldı - ANBAAN VİDEO
Bakıda avtomobil aşdı - FOTO - VİDEO
Ziya Bünyadovda qəza: 6 maşın bir-birinə girdi - VİDEO










