Sürüşmə zonalarında su və qaz xətləri necə qorunmalıdır? – Ekoloqdan XƏBƏRDARLIQ

Goranboyda baş verən torpaq sürüşməsi nəticəsində magistral su xəttinin zədələnməsi sürüşmə riski olan ərazilərdə kommunikasiya xətlərinin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, belə ərazilərdə su, qaz və digər infrastruktur xətlərinin çəkilməsi zamanı mühəndis-geoloji araşdırmaların aparılması, eləcə də mövcud xətlərin qorunması vacibdir.
Bəs sürüşmə zonalarında kommunikasiya xətlərinin təhlükəsizliyi necə təmin olunmalı və bu istiqamətdə nəzarət hansı səviyyədə gücləndirilməlidir?
Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, sürüşmə riski olan ərazilərdə kommunikasiya xətlərinin çəkilməsi və istismarı xüsusi mühəndislik yanaşması tələb edir:
''Bu cür layihələr həyata keçirilərkən ərazinin geoloji xüsusiyyətləri, mümkün sürüşmə və sel təhlükəsi, eləcə də təbii fəlakətlərin infrastruktura göstərə biləcəyi təsirlər əvvəlcədən nəzərə alınmalıdır. Dünyada bu kimi problemlərin qarşısının alınması üçün müxtəlif mühəndis-texniki həllər tətbiq olunur. Azərbaycanda da həmin təcrübələrdən istifadə etmək mümkündür. Lakin bunun üçün ayrılan vəsaitin təyinatı üzrə və səmərəli xərclənməsi, layihələrin peşəkar mütəxəssislər tərəfindən hazırlanması və icrasına ciddi nəzarət olunması vacibdir. Bakıda su və kanalizasiya infrastrukturu ilə bağlı mövcud problemlər, eləcə də rayonlarda müşahidə olunan oxşar hallar bu sahədə görüləcək işlərin vacibliyini göstərir. Güclü yağışlar, sel və digər təbii hadisələr nəticəsində kommunikasiya xətlərinin sıradan çıxması riskini azaltmaq üçün layihələndirmə mərhələsində bütün mümkün təhlükələr nəzərə alınmalıdır''.
Fatimə
Ada Süleymanlı ilə qəzada həlak olan Anarın qohumundan iddialara CAVAB
Dubay-Bakı reysindən sonra gömrükdə gərgin anlar - VİDEO
18 marşrutun hərəkət sxemi dəyişdiriləcək - SİYAHI
Ada Süleymanın həlak olduğu avtomobilin son halı - VİDEO
Bakıda sahibsiz itlər yeniyetmə qıza hücum etdi - VİDEO
Deputatın oğlunun Dubayda sərvəti üzə çıxdı - FOTO
İlham Əliyev ABŞ-nin daxili təhlükəsizlik nazirini qəbul edib - FOTO
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Bakıda bir sıra küçələrə avtomobillə girişin ödənişli olacağı gözlənilir - VİDEO
Vasif Talıbovun oğlunun Dubaydakı sərvəti: 73 milyonluq malikanə - FOTO
İcra hakimiyyətində struktur dəyişiklikləri aparıldı: Yeni təyinatlar - SİYAHI











