Samuxda dəhşətli qəza, ölü və yaralılar var - YENİLƏNİB

Samuxdakı dəhşətli qəza zamanı ölən və yaralananların kimliyi müəyyən edilib.
Avtosfer.az anspresss-ə istinadən xəbər verir ki, qəza zamanı 1988-ci il təvəllüdlü sürücü Nizami Məhərrəm oğlu Məmmədov və adı hələlik istintaqla müəyyən edilməyən bir qadın dünyasını dəyişib.
Xəsarət alanlar isə bunlardır:
Səbinə Yunis qızı İsgəndərova- 1977-ci il, Gəncə şəhəri Sevinc qəsəbə sakini
İntizar Qaçay qızı Şəfiyeva- 1979-cu il, Gəncə şəhəri Sevinc qəsəbə sakini
Nahidə Qaçay qızı Atayeva- 1988-ci il, Gəncə şəhəri Sevinc qəsəbə sakini
Xəsarət alan Nahidə və İntizar bacıdırlar.
Hazırda hər üç xəstə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxansında müayinə edilir.
***10-44***
Samux rayonunda dəhşətli yol qəzası baş verib. Hadisə zamanı iki nəfər ölüb, iki nəfər isə yaralanıb. Samux Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə rayonun Çobanabdallı kəndi ərazisində qeydə alınıb. Şəxsiyyəti istintaqla hələlik müəyyən edilməyən sürücünün idarə etdiyi 10- PZ- 257 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobilin ağaca çırpılması nəticəsində iki nəfər ölüb, üç nəfər isə ağır dərəcəli bədən xəsarətləri alıb. Yaralıları dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxansının reanimasiya şöbəsinə yerləşdiriblər. Xəstəxanadan hələlik yaralıların şəxsiyyətinin müəyyən edilmədiyi bildirdilər. Hazırda Samux Rayon Polis İdarəsinin əməkdaşları qəza baş verən ərazidə araşdırma aparır.
İyul ayının 31-də də Samuxda 5 nəfərin ölümü, 6 nəfərin yaralanması ilə nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsi baş verib. Qəza Gəncə-Samux yolunun Gəncə çayı üzərində qeydə alınmışdı. Polis idarəsindən hadisənin yüksək sürət nəticəsində baş verdiyini bildirmişdilər.
Vaz markalı avvtomobil çayın üzərindən keçən körpüdən çaya aşıb. Məmmədov Zöhrab Faiq oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 51- BE- 826 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək Gəncə çayına aşıb. Qəza nəticəsində 5 nəfər dünyasını dəyişib, 6 nəfər isə yaralanıb.
Döngəyə sərt daxil olan xanım sürücü avtomobillə qaraja girdi - FOTO
Şirvanda qəza: “Priora” ilə “VAZ” toqquşdu - VİDEO
Azərbaycanda tanınmış musiqiçi qəzada öldü - FOTO
Yasamalda təhlükəli ərazi: “Prius”dan sonra “Changan” da pilləkəndən düşdü - VİDEO
Parklanma yerindən çıxan sürücü özünü sola dönən maşına çırpdı - VİDEO
Yasamalda idarəetmədən çıxan “BYD” tanınmaz hala düşdü - VİDEO
Sumqayıtda qatar benzin daşıyan maşınla toqquşdu - FOTO - VİDEO - YENİLƏNİB
Yeniyetmə “Prado” ilə qəza törədib 5 avtomobili əzdi – Polis araşdırmaya başladı – FOTO - VİDEO
Bayraq Meydanı yaxınlığında “BMW” motosikletlə toqquşdu - Yaralananlar var - VİDEO
Türkiyədə təkəri partlayan avtomobil aşdı - 3 nəfər ÖLDÜ
Göyçayda qəzaya uğrayan VAZ kanala düşdü: Sürücünün meyiti tapıldı - VİDEO - YENİLƏNİB










