Şəkidə avtomobil dərəyə aşdı: xəsarət alan var - FOTO - YENİLƏNİB

Şəki-Qax yolunun Şəkinin İnçə kəndindən keçən hissəsində avtomobil dərəyə aşıb.
Hadisə axşam saat 22:30 radələrində qeydə alınıb.
Belə ki, rayonun Aşağı Göynük kənd sakini Əfqan Mahmudovun idarə etdiyi “Ford” markalı minik avtomobili hərəkətdə olarkən idarə etməni itirməsi nəticəsində yolun kənarındakı dərəyə aşıb.
Sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri aldığından hadisə yerinə Təcili Tibbi Yardım çağırılıb. Əfqan Mahmudova ilkin tibbi yardım göstəriləndən sonra o, Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Hazırda onun müalicəsi davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə şahidlərinin sözlərinə görə, qəzaya səbəb sürət həddinin yüksək olması olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, baş vermiş qəza ilə bağlı araşdırma başlanılıb.(azərtac)
***
Şəkidə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə axşam saatlarında rayonun İnçə kəndi ərazisində qeydə alınıb.
Belə ki, Əfqan Mahmudov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Hadisə zamanı sürücü xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












