Sərxoş sürücü zəncirvari qəza etdi - VİDEO

Bakının Nərimanov rayonunda zəncirvari qəza baş verib. Atatürk prospektində işıqforun qırmızı işığını gözləyən “Mercedes”i sürətlə hərəkət edən “Land Rover” markalı avtomobil arxadan vurub. O da öz növbəsində qarşısındakı eyni markalı avtomobilə çırpılıb. Hadisə zamanı iki maşının arasında qalan sürücü Samir Səmədov və onun sərnişini Anar Hüseynli müxtəlif bədən xəsarətləri alıblar. Onlar hadisə yerinə çağırılan təcili tibbi yardım avtomobili ilə 1 saylı şəhər xəstəxanasına aparılıblar. Xəsarət faktı qeydə alındığından qəza yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. İlkin müayinə zamanı məlum olub ki, “Land Rover”in sürücüsü Elyas Qasımov avtomobili sərxoş vəziyyətdə idarə edib. O, qəzadan dərhal sonra hadisə yerindən uzaqlaşmaq istəyib. Lakin avtomobilin mühərriki işə düşməyib.
Hadisə şahidləri bildirib ki,qəzaya səbəb “Land Rover” markalı avtomobilin yüksək sürətlə hərəkət etməsi olub.
Sərxoş sürücü barədə protokol tərtib olunub. Qəzanın dəqiq hansı şəraitdə baş verməsi ərazidəki müşahidə kameralarına baxıldıqdan və təyin olunan avtoekspertizadan sonra məlum olacaq.
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - FOTO
İki qadını maşın vurub ÖLDÜRDÜ
Masazırda ağır qəza: İKİ NƏFƏR ÖLÜB
Sumqayıtda ağır qəza: Xəsarət alanlar var - FOTO
Əsgərləri daşıyarkən qəzaya düşən avtobusun görüntüləri - VİDEO
Qaradağda dəhşətli qəzada ölən şəxslərin kimlikləri məlum oldu - FOTO
Bakıda iki sərnişin avtobusu toqquşdu - VİDEO
Bakıda iki avtomobil toqquşdu: Biri yandı - VİDEO
Salyanda "Mercedes" qatar yoluna çıxdı; ağır qəza baş verdi - ANBAAN VİDEO
Əks yola çıxan yük maşını “VAZ”la toqquşdu - ANBAAN VİDEO
Bu ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ÖLDÜ













