Sükan arxasında yatdı, ağır qəza törətdi: 3 ölü, 16 yaralı - FOTO

Rusiyanın Surqut şəhərində iki nəqliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə martın 24-də Surqut-Koqalım yolunun 92-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan “Chevrolet Niva” markalı avtomobil sürücünün sükan idarəetməsini itirməsi səbəbindən yolun əks istiqamətinə çıxıb və qarşıdan gələn şəhərlərarası reys mikroavtobusu ilə toqquşub. Zərbənin təsirindən hər iki maşının ön hissəsi deformasiyaya uğrayıb.
Qəza nəticəsində “Niva”da olan biri 8 yaşlı uşaq olmaqla 3 nəfər hadisə yerində ölüb.
Avtobusda olan 16 yaralıya isə hadisə yerinə çağırılan Təcili Tibbi Yardım briqadasının əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilib və xəstəxanalara aparılıb.
Bildirilir ki, hadisə “Chevrolet Niva” sürücüsünün sükan arxasında yatması səbəbindən baş verib.
Namiq Musayev
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












