Sükan arxasında yuxulayan sürücü maneəyə çırpıldı: Dəhşətli QƏZA – VİDEO

Görüntülərdə yuxulu olduğu ehtimal olunan sürücünün idarə etdiyi avtomobilin hərəkət istiqamətindən çıxaraq maneəyə çırpılması əks olunur. Baş verən hadisə bir daha göstərir ki, sükan arxasında yorğunluq və yuxululuğa laqeyd yanaşmaq ciddi təhlükə yaradır.
Avtosfer.az xəbər verir ki, bunu Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev deyib.
O qeyd edib ki, yuxulu halda avtomobil idarə edən sürücünün diqqəti zəifləyir, reaksiya müddəti uzanır, yol şəraitini düzgün qiymətləndirmək və nəqliyyat vasitəsinə tam nəzarət etmək imkanları azalır:
“Bəzən cəmi bir neçə saniyəlik mürgüləmə avtomobilin yüzlərlə metr nəzarətsiz hərəkət etməsi deməkdir. Bu isə təkcə maneəyə çırpılma ilə deyil, qarşı hərəkət zolağına çıxma, yoldan kənara aşma, piyadanın və ya digər nəqliyyat vasitəsinin vurulması kimi daha ağır nəticələrlə də yekunlaşa bilər”.
DYP rəisi söyləyib ki, uzunmüddətli səfərlər zamanı, eləcə də kifayət qədər istirahət etmədən yola çıxarkən sürücülər öz fiziki vəziyyətlərini düzgün qiymətləndirməlidirlər:
“Gözlərin ağırlaşması, tez-tez əsnəmə, diqqətin yayınması və hərəkət zolağını saxlamaqda çətinlik hərəkəti davam etdirməyin təhlükəli olduğuna ciddi xəbərdarlıqdır.
Belə vəziyyətdə sürücünün ən doğru qərarı mənzil başına tez çatmağa çalışmaq deyil, təhlükəsiz yerdə dayanaraq istirahət etməkdir. Çünki sükan arxasında yuxululuğa qarşı mübarizə apararaq hərəkəti davam etdirmək təhlükəni aradan qaldırmır, əksinə, ağır nəticəli yol-nəqliyyat hadisəsinin başvermə riskini artırır.
Yuxulu halda yola davam etmək yalnız sürücünün öz həyatını deyil, sərnişinlərin və digər yol hərəkəti iştirakçılarının həyat və sağlamlığını da təhlükə altına qoyur. Yorğunluq və yuxululuq hiss etdiyiniz anda dayanmaq vaxt itirmək deyil, həyatınızı və başqalarının həyatını qorumaq üçün verilən düzgün qərardır”.
Şəmkirdə idarəetmədən çıxan maşın beton arakəsməyə çırpıldı - VİDEO
Bakıda qəza: Avtobus 3 maşını əzib SOCAR-ın binasına çırpıldı - VİDEO - YENİLƏNİB
Ağır QƏZA: SÜRÜCÜ ÖLDÜ - FOTO - YENİLƏNİB
İsmayıllıda qəzada həlak olan iş adamının FOTOsu
Göygöldə AĞIR QƏZA: Ölən və yaralananlar var - YENİLƏNİB
Kayseridə sərnişin avtobusu yanacaq daşıyan tankerlə toqquşdu: 38 yaralı
Hava limanı yolunda zəncirvari qəza - Üç maşın toqquşdu - VİDEO
Anasının gözləri qarşısında maşın vurub öldürdü - VİDEO
Bu gün yeni restoranının açılışı olacaqdı; qəzada ÖLDÜ - FOTO
Dəhşətli QƏZA: ÖLƏN VAR
Bakının mərkəzində AĞIR QƏZA: 32 yaşlı kişi ÖLDÜ










