Şuşada DƏHŞƏTLİ QƏZADA yanaraq ölən şəxslər eyni şirkətin əməkdaşları olublar - TƏFƏRRÜAT - FOTO

Şuşa rayonu ərazisində baş verən dəhşətli qəzada beş nəfər həyatını itirib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Daşaltı kəndi ərazisində aşaraq yanan “Nissan Navara” markalı avtomobildə olan şəxslər “Mikro Tunel Tikinti” MMC-nin əməkdaşları olublar. Hadisə gecə saatlarında onlar tikinti sahəsindən qayıdarkən baş verib.
10:45
Şuşada beş nəfərin ölümü ilə nəticələnən qəza baş verib.
Avtosfer.az xəbər verir ki, hadisə rayonun Daşaltı kəndində qeydə alınıb.
Sürücü Elvin Abbasov idarə etdiyi “Nissan Navara” markalı avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb və avtomobildə yanğın baş verib. Nəticədə avtomobildə olan sərnişinlər Kamil Qaybalıyev, Rəşad Atakişiyev, Şahbaz İsayev, Eldəniz Həsənov və Hümbət Hümbətov hadisə yerində yanaraq ölüblər. Sürücü isə ağır yanıq xəsarətləri ilə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib. O bildirib ki, baṣ vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Şuşa Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. Hazırda istintaq davam etdirilir.
Qeyd edək ki qəzaya düşənlər işğaldan azad edilən ərazidə fəaliyyət göstərən yol tikinti şirkətlərinin birinin əməkdaşlarıdır.
apa
Sürücü Elvin Abbasov
Kamil Qaybalıyev
Rəşad Atakişiyev
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO
Dərnəgüldə qadın sürücü avtobusu vurdu - VİDEO












