Tərtərdə avtomobillə piyadanı vuraraq qaçan şəxs saxlanıldı
Qəzalar
19 Fevral 2021 11:40

Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində avtomobillə piyadanı vuraraq hadisə yerindən yayınan naməlum şəxsin yeri müəyyən edilərək saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, fevral ayının 15-də saat 08 radələrində Tərtər rayonunun Hüsənli kəndi ərazisində yolu keçmək istəyən piyadanın müəyyən edilməyən avtomobillə vurulması barədə RPŞ-yə məlumat daxil olub.
Hazırda piyadanın vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücünün Müşviq Qasımov olduğu müəyyən edilib. O, yol qəzasını törətdiyi avtomobillə birlikdə saxlanılaraq Tərtər RPŞ-yə gətirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Oxunub : 1188
DİGƏR XƏBƏRLƏR
28 Noyabr 2026 10:36
Avtomobil fabrikin hasarına çırpıldı - Ölən və yaralananlar var - FOTO
28 Noyabr 2026 10:00
Maşın ağaca çırpıldı, sürücü belə xilas edildi - VİDEO
28 Noyabr 2026 09:45
Ağsuda AĞIR QƏZA: Sürücü yaralandı, arvadı öldü
27 Noyabr 2026 12:48
Bakıda DƏHŞƏTLİ qəza baş verdi - Ölən var - FOTO
26 Noyabr 2026 10:23
Yevlaxda yük maşını "VİTO" ilə toqquşdu - Ölən və yaralanan var - FOTO
25 Noyabr 2026 18:11
İsmayıllıda ağır qəzada 4 nəfər yaralandı: Traktor ikiyə bölündü - VİDEO
25 Noyabr 2026 09:18
Bakıda ağır qəza baş verdi
24 Noyabr 2026 21:31
Topun ardınca qaçan 10 yaşlı qız avtomobilin altında qalaraq ÖLDÜ - TƏFƏRRÜAT - VİDEO
24 Noyabr 2026 13:36
Zabratda “Chevrolet” yandı, alov yanındakı maşına da keçdi - VİDEO
24 Noyabr 2026 11:06
Gəncədə “VAZ” geriyə dönən “BMW”yə çırpıldı - ANBAAN VİDEO
24 Noyabr 2026 10:18
Vəsiqəsiz sürücü qəza törətdi; özü öldü, ailənin 5 üzvü xəstəxanalıq oldu - VİDEO
24 Noyabr 2026 10:00
Sabunçuda AĞIR QƏZA: Ölən var
ŞƏRH YAZ












