"Toyota Prius"un iştirakı ilə baş verən qəzalar niyə artır? - Ekspertdən AÇIQLAMA

Son dövrlər avtomobil qəzalarının, xüsusən də "Toyota Prius" markalı avtomobillərin iştirakı ilə baş verən qəzaların sayı artır.
Bunun səbəbi nədir və problemin qarşısın almaq üşün nə etməliyik?
Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı 24TNN saytına açıqlama verib.
O bildirib ki, yol nəqliyyat hadisələrinin sayının artması, doğrudan da, narazılıq doğurur.
"Artıq hər kəs bir şəkildə ya özü, ya ətrafı vasitəsilə bu cür halların iştirakçısı olur. Qəza qurbanlarının sayı yüzlərlə və minlərlədir. Bunun qarşısını almaq üçün indidən ciddi və səmərəli addımlar atılmalıdır.
“Toyoto Prius” markalı avtomobilə gəldikdə isə avtomobildə günah yoxdur. Problem onu idarə edəndən qaynaqlanır. Bu avtomobil daha çox taksi nəqliyyat vasitəsi kimi istifadə olunur. İş rejiminin ağırlığı, fasiləsiz fəaliyyət, yuxusuzluq və yorğunluq doğurur. Elə bunun nəticəsi olaraq da qəzalara səbəb olurlar".
Ekspertin fikrincə, yol nəqliyyat hadisələrinin qarşısını almaq üçün, Prezident İlham Əliyev 2019-2023-cü illəri əhatə edəcək dövlət proqramı təsdiqləndi.
"Təəssüf ki, bu proqramın icrası arzu olunan səviyyəyə çıxmadı, çox zəif icra edildi və bu il müddəti başa çatır. Geriyə dönüb, nə əldə etdik deyə baxdıqda heç nə görmürük. Bu qəzaların qarşısını almaq üçün, dövlət proqramında qoyulan maddələr ciddi şəkildə icra olunmalıdı. Müharibə və pandemiyanın təsirləri oldu və bir sıra səbəblərdən aidiyyəti qurumlar yaxşı işləmədilər. Ümid edirəm ki, həmin dövlət proqramının icra müddəti artılırar, aidiyyəti qurumlar da məsuliyyətli şəkildə addımlar atar".
Ekspert bildirir ki, əks halda bu qəzaların sayı günü-gündən artacaq.
"İctimai nəqliyyat yaxşı inkişaf etmir və insanlar şəxsi avtomobillərə yönəlirlər. Fərdi qaydada görülən tədbir nəticəsiz qalaca.
E.Muradlının son olaraq bildirib ki, ümumi qaydada sürücülərin hazırlanmasından avtomobillərin keyfiyyətinə qədər tədbirlər görülməlidir.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












