Üç nəqliyyat vasitəsi toqquşdu - 23 nəfər yaralandı
Qəzalar
2 Dekabr 2025 23:24
Oxunub 466

Türkiyənin Amasya şəhərində ağır yol qəzası baş verib.
Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Merzifon rayonunda baş verib.
Sərnişin avtomobili, yük maşını və məhkumları daşıyan mikroavtobusun toqquşması nəticəsində 23 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













