Yeni Suraxanı stansiyasında avtomobil qatar yoluna çıxıb, qəza baş verib - FOTO

Dünən axşam saatlarında Yeni Suraxanı stansiyasının girişindəki dəmiryol keçidində dövlət qeydiyyat nişanı 77-CR-217 olan "Opel" markalı minik avtomobili qəflətən “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus elektrovozun yoluna çıxaraq qəzaya səbəb olub.
ADY-dan Avtosfer.az-a verilən məlumata görə,toqquşma nəticəsində xəsarət alan olmayıb.
ADY nəqliyyat vasitələri sürücülərinə çağırış edir: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə ciddi riayət edin, dəmir yolu keçidlərinə yaxınlaşarkən sürət həddini aşağı salın, yüksək sayıqlıq göstərin və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətə davam edin!
Xatırladaq ki, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülər 100 AZN məbləğində cərimə ediləcək.
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO













