Yevlaxda mikroavtobus aşıb, yaralılar var - YENİLƏNİB

Yevlaxda baş verən qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
Avtosfer.az xəbər verir ki, Yevlax rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 10.05.2026-cı il tarixində saat 07:20 radələrindən başlayaraq 22 nəfər (9 kişi, 13 qadın) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 1 nəfər daha ixtisaslı tibbi xidmət almaq üçün özəl tibb müəssisəsinə təxliyə olunub.
Hazırda 21 nəfərin tibb müəssisəsinin müvafiq şöbələrində müalicələri davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti orta ağır, digərlərinin vəziyyəti isə stabil qiymətləndirilir.
***09:42
Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, “Mercedes Sprinter” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
İlkin məlumata görə, qəza nəticəsində 20-yə yaxın şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Yevlax və Mingəçevir şəhərlərində yerləşən tibb müəssisələrinə yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












