Yüksək sürət avtomobili traktorun caynağına keçirtdi - VİDEO

Maşını idarə edərkən yola baxmadı, avtomobil traktorun qoşqusuna dəyərək yararsız hala düşdü.
Avtosfer.az xəbər verir ki, anidən baş verən qəzanın görüntüləri sosial şəbəkələrdə rekord qırıb. Rayon yolunda qeydə alınan görüntülərdən aydın olduğu kimi başı yanındakı sərnişinlə söhbətə qarışan sürücü bir anda sükan arxasında olduğunu xatırlasa da gec olub. Belə ki, yüksək sürətlə avtomobilin sükanını buraxan sürücü qarşıda irəliləyən traktorun qoşqusuna dəyib. Nəticədə avtomobilin ön hissəsi tamamilə sıradan çıxıb və ön şüşəsi cilik-cilik olub. Xoşbəxtlikdən qəza zamanı insanlar arasında xəsarət alan olmasa da, avtomobil tanınmaz vəziyyətə düşüb.
Faktla araşdırma zamanı sürücü yolun boş olduğunu və traktoru görərkən artıq gec olduğunu bildirərək bəhanələrə sığınsa da, bu törətdiyi qəzanın üzrlü səbəbdən baş verdiyini göstərmir.
Qeyd edək ki, yüksək sürət və diqqətsizliklə qəzanın baş verməsinə səbəb olan sürücü lazımi şəkildə məsuliyyətə cəlb olunub.
Nərmin Əkbər
Bakıda ad günündən qayıdan aparıcı qəzada ÖLDÜ - VİDEO - YENİLƏNİB
Ada Süleymanın həyatını itirdiyi qəzanın FOTOsu
Bir gündə 3 avtomobil sıradan çıxdı: Sakinlər AAYDA-dan narazıdır - VİDEO
Aeroport yolunda AĞIR QƏZA - VİDEO
Bakıda ağır qəza: ÖLƏN var
Binəqədidə AĞIR QƏZA: İki avtomobil toqquşdu - VİDEO
Hövsanda daha bir qəza: İki avtomobil toqquşdu - VİDEO
Milli Qəhrəmanın oğlu qəzaya düşdü - TƏBİB-dən AÇIQLAMA
Saray körpüsündə 3 maşın bir-birinə çırpıldı – Xəsarət alan var - VİDEO
Bakıda “Tesla” işıq dirəyinə çırpılıb əks yola çıxdı - VİDEO
Qaxda ağır qəza: Dörd yeniyetmə xəsarət aldı - YENİLƏNİB












