Yüksək sürət daha bir gəncin həyatına son qoydu - ANBAAN VİDEO

Mayın 10-u saat 06:05 radələrində paytaxtın Xətai rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, 8 Noyabr prospektində hərəkətdə olan 99 M 279 dövlət qeydiyyat nişanlı motosiklet idarəetmədən çıxaraq yerüstü piyada keçidinin dayaq konstruksiyasına çırpılıb.
İlkin ehtimala görə, qəzanın yüksək sürət səbəbindən baş verdiyi bildirilir. Hadisə nəticəsində Bakı şəhər sakini, 26 yaşlı Raul İsgəndərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi motosiklet, moped və digər ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək onları yol hərəkəti qaydalarına ciddi əməl etməyə, sürət həddini aşmamağa və təhlükəsizlik qaydalarına məsuliyyətlə yanaşmağa çağırıb.
Füzulidə iki maşın toqquşdu - 3 ölü - FOTO - YENİLƏNİB
Ordubaddakı qəzada həlak olan qazinin FOTOsu
Dəhşətli qəzada həlak olanların kimliyi bilindi: ADLAR
Azərbaycanda deputat qəzaya düşdü: Ölən var
“Range Rover” və “Volkswagen Passat” toqquşdu - VİDEO
Rusiyada ağır qəza: Azərbaycan vətəndaşı həlak oldu - VİDEO
Bakıda piyada özünü maşına ÇIRPDI - VİDEO
Biləsuvarda ağır qəza: Motosikletçi ÖLDÜ
Masallıda “BMW” və “Niva” toqquşdu - Xəsarət alan var - VİDEO
Ermənistanda avtobus sürücüsünün ölümü qəzaya səbəb oldu
Bakıda dəhşətli QƏZA: Avtomobil 18 yaşlı qızın üzərindən keçdi












