Yüksək sürət yenə ölümə səbəb oldu - VİDEO

Ani diqqətsizlik və yüksək sürət yenə ölümə səbəb oldu. İki qəzada 4 nəfər öldü, 3 nəfərsə ağır yaralandı. Minik avtomobili piyadaları vurub, 2 nəfər dünyasını dəyişib. Ağır qəza ötən axşam paytaxtın Xəzər rayonu Buzovna qəsəbəsində baş verib. Bakı şəhər sakini Namiq Nəcəfov idarə etdiyi ciplə Albalılıq yaşayış massivində piyada keçidi ilə yolu keçən 3 nəfəri vurub. Nəticədə 46 yaşlı Nurəli Vuriyev və 37 yaşlı Teyfur Əsgərov hadisə yerində ölüblər. Hadisəni törədən sürücü Namiq Nəcəfov saxlanılaraq polis idarəsinə aparılıb. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.
Samuxda da ölümlə nəticələnən ağır yol qəzası baş verib. 27 yaşlı Nizami Məmmədov idarə etdiyi minik avtomobili ilə Çobanabdallı kəndi istiqamətində hərəkətdə olarkən sükana nəzarəti itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Sürücü və sərnişin - 28 yaşlı Nahidə Atayeva hadisə yerində ölüblər. Avtomobildə olan digər sərnişinlər - Gəncə şəhər Məhsəti qəsəbəsinin sakinləri 38 yaşlı Sabirə İsgəndərova və 36 yaşlı İntizar Şəfiyeva isə müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Vəziyyətləri orta-ağırdır. Qəzanın başvermə səbəbləri aparılan araşdırmalardan sonra bəlli olacaq.
Azərbaycanda DƏHŞƏTLİ QƏZA: Çox sayda insan yanaraq öldü - FOTO - VİDEO
Zərdabdakı qəzada yanaraq ölən müəllim Vətən müharibəsi iştirakçısı imiş - FOTO
Hacıqabulda AĞIR QƏZA: Ölənlər var - YENİLƏNİB
Avtomobildə sıxılı qalan sürücü belə xilas edildi - VİDEO
"Pajero"nun iki avtomobilə çırpıldığı qorxunc qəzanın ANBAAN VİDEOSU
Tovuzda dörd avtomobilin iştirakı ilə zəncirvari qəza: Ölən var - FOTOLAR
Bakıda yağışlı havada zəncirvari qəza: Yaralı var - VİDEO
Beyləqanda ağır qəza - Ata öldü, qızı yaralandı
Qəzada ölən Pərvin əsgərlikdən yeni qayıtmışdı, nişanı olacaqdı - FOTO
Sükan arxasında yuxulayan sürücünü təhlükəsizlik kəməri xilas edibmiş - REAL VİDEO
Sükan arxasında yuxulayan sürücü "Prado"nu AŞIRDI - VİDEO










