Zəngilanda şirkət işçiləri qəzaya düşdü - Ölən və yaralananlar var - FOTO - YENİLƏNİB

Bu gün İbrahimov Emin Ramiz oğlu idarə etdiyi 90-PZ-976 dövlət qeydiyyat nişanlı "Mitsubishi" markalı minik avtomobili Ağbənd istiqamətində hərəkət edən zaman yolun kənarında dayanmış "MAZ" markalı yük avtomobilinə çırpılıb.
Hadisə Əhmədbəyli-Ağbənd avtomobil yolunun 92-ci km-də baş verib.
Nəticədə minik avtomobilinin sərnişini - Ağdaş rayon sakini 1972-ci il təvəllüdlü Sədiyev Şəmsəddin Vaqif oğlu hadisə yerində ölüb. Sərnişinlər - 1995-ci il təvəllüdlü Əsədov Təbriz Tamis oğlu, 1992-ci il təvəllüdlü Bayramov Natiq Aydın oğlu və 1995-ci il təvəllüdlü İsmayılov Vüsal Xəqani oğlu və sürücü - 1988-ci il təvəllüdlü İbrahimov Emin Ramiz oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. (apa)
***
Zəngilan ərazisində baş vermiş avtomobil qəzası nəticəsində xəsarət alanların adları məlum olub.
"Pikap" tipli avtomobilin yük maşınınla toqquşması nəticəsində 45-50 yaşlarında kişi hadisə yerində dünyasını dəyişib.
Avtoqəzada, 1995-ci il təvəllüdlü Vüsal İsmayılzadə, Natiq Bayramov, Emin İbrahimov və daha bir nəfər xəsarət alıb.
Zərərçəkmişlər xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır. (report)
***
Zəngilanda bir nəfərin ölümü 4 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.
Hadisə Füzuli-Zəngilan avtomobil yolunun rayonun Ağalı kəndindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik maşını ilə "Kamaz" toqquşub.Qəza zamanı 1 nəfər hadisə yerində ölüb, 4 nəfər isə ağır yaralanıb.
Xəsarət alanlar - sürücü Emin İbrahimov, Natiq Bayramov, Vüsal İsmayılzadə və Təbriz adlı şəxsdir. Şəmi adlı şəxs isə dünyasını dəyişib.
Qeyd edək ki, minik maşını Zəngilanda yerləşən şirkətlərdən birinə məxsusdur.(unikal)
Bakıda minik avtomobili atla toqquşdu - VİDEO
Sərxoş sürücü qəza TÖRƏTDİ: Həyat yoldaşı öldü, 12 yaşlı oğlu yaralandı - VİDEO
Füzulidə iki maşın toqquşdu, xəsarət alanlar var - ANBAAN VİDEO
Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu - VİDEO
Bakıda maşın aşdı: ÖLƏNLƏR VAR
Gədəbəydə ailə qəzaya düşdü: Ölən var - YENİLƏNİB
Mərdəkan yolunda “BYD” yük maşınına çırpıldı - VİDEO
Faciəvi şəkildə ölən gənclərin görüntüləri yayıldı – VİDEO
Aeroport yolunda baş verən qəzanın real görüntüləri - VİDEO
Qırmızıya məhəl qoymayan motosiklet sürücüsü qəzaya səbəb oldu - ANBAAN VİDEO
Aeroport şosesində AĞIR QƏZA: Tıxac yarandı - FOTO












