Dərin çalalar maşınlara ziyan vurur - Biabırçı vəziyyətdə olan yol - VİDEO - YENİLƏNİB

Abşeron Rayon İcra Hakimiyyəti və Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik akademik Həsən Əliyev küçəsində yaranmış problemlərlə bağlı açıqlama yayıb.
Avtosfer.az-a verilən məlumata görə, cari ilin əvvəlində küçədə nümayəndəlik tərəfindən cari təmir işləri həyata keçirilib. Lakin son günlər yağan intensiv yağışlardan sonra küçənin bir neçə hissəsində qrunt sularının aktivləşməsi müşahidə olunub. Nəticədə yolun bəzi hissələrində örtük yuyulub, müxtəlif ölçülü kiçik çalalar əmələ gəlib.
Qeyd olunub ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib və yaxın günlərdə qrunt sularının istiqamətinin dəyişdirilməsi üçün işlərə başlanılacaq.
Açıqlamada həmçinin vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh–Novxanı–Sumqayıt istiqamətində inşa edilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi davam etdirilir. Akademik Həsən Əliyev küçəsi də həmin layihəyə daxildir.
Məlumata görə, 1b texniki dərəcəyə uyğun inşa olunan yolun uzunluğu 28 kilometr, hərəkət hissəsinin eni 22,5 metr olacaq. Yol 6 hərəkət zolağından ibarət olacaq və ayrıcı zolağın eni 4 metr təşkil edəcək.
Layihə çərçivəsində tikinti işlərinin “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə mərhələli və keyfiyyətli icra olunduğu bildirilib.
Rəsmi açıqlamada qeyd edilib ki, sözügedən layihə həyata keçirildiyi üçün küçənin əsaslı təmiri hazırda məqsədəuyğun hesab olunmur. Yolun 2026–2027-ci illərdə yeni və müasir standartlara uyğun şəkildə sakinlərin istifadəsinə verilməsi planlaşdırılır.
Bununla yanaşı, yaxın günlərdə Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən akademik Həsən Əliyev küçəsində yenidən cari təmir işlərinin aparılacağı bildirilib.
***19:12, 9 may
Xırdalan şəhərində avtomobil yolunun yararsız vəziyyəti sürücülərin narazılığına səbəb olub. Avtosfer.az xəbər verir ki, bu barədə Oxu.az-a daxil olan görüntülərdə yolun müxtəlif hissələrində dərin çalaların yarandığı əksini tapır. Yağış suları ilə dolmuş çuxurlar nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir. Sürücülər bildirirlər ki, yoldakı acınacaqlı durum maşınlara ziyan vurur və hərəkət zamanı əlavə çətinliklər yaradır. Onlar aidiyyəti qurumlardan küçənin təmir olunmasını tələb edirlər.
DİN-dən skuter və velosiped sürücülərinə çağırış niyə vacibdir? - ŞƏRH
Göyçayda güclü külək ağacları avtomobilin və evin üzərinə aşırdı – VİDEO
Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb - FOTOLAR
Ən çox hansı saatlarda taksi çağırılır? – Cavab təəccübləndirəcək
Azərbaycanda yağıntılı hava nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQ
Mobil telefonla bağlı daha bir qadağa
Azərbaycanın ən təhsilli və ən təhsilsiz RAYONLARI - SİYAHI
Yeni tikilən binadan ev almaq istəyənlərə XƏBƏRDARLIQ
"Küçələr bərbad vəziyyətdədir" - Sakinlərin yol dərdi - VİDEO
Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
"İqlim silahı" işə düşüb? - Artan yağışlarla bağlı iddia








