Ən çox ət yeyən ölkələr açıqlandı - Azərbaycan neçəncidir? - SİYAHI

Dünyada adambaşına ən çox ət istehlakına malik ölkələr açıqlanıb. Avtosfer.az Ölkə.az-a istinadən xəbər verir ki, qida seçimləri dünya miqyasında sürətlə dəyişdikcə, qırmızı və ağ ət istehlakı bir çox ölkədə həyat tərzi vərdişlərinin əhəmiyyətli bir göstəricisinə çevrilib. Son məlumatlar göstərir ki, qlobal ət istehlakı bəzi bölgələrdə rekord səviyyələrə çatıb.
Mütəxəssislər artan tələbatın ətraf mühitə və iqtisadi təsirlərinə diqqət çəkirlər. Suyun istifadəsi, yem ehtiyacları və karbon emissiyaları kimi məsələlər yüksək istehlakla birlikdə daha çox müzakirə olunur. Siyahının başında duran ölkə diqqətəlayiqdir...
Ət istehlak edən ölkələri 5 qrupa bölmək olar: Ən az; az, orta və çox və ən çox ət istehlak edən ölkələrə bölmək olar.
Ən az ət istehlak edən ölkələr -3,7 kiloqramdan 21 kiloqramadək ət yeyən ölkələrdir. Bura Brundi, Banqladeş, Hindistan, Suriya, Əfqanıstan, Nigeriya, Niger, Yəmən, Somali və digər ölkələr daxildir.
Binrinci yerdə olan və siyahıda olan ölkələrin adı bir daha onu göstərəcək ki, azərbaycanlılar heç də deyildiyi kimi çox ət istehlak edən xalqlardan deyilmiş... Əksinə az ət yeyən ölkələr sırasındadır.
Azərbaycan illik adambaşına ət yeyən ölkələr sırasında ikinci qrupda yer alıb. Belə ki, Azərbaycanda illik 40,5 kq adambaşına ət istehlak edir. Pakistan, İran, Qırğızıstan, Misir, Gürcüstan, Özbəkistan, Ermənistan, Türkiyə, Ukrayna az ət yeyən ölkələr sırasındadır.
Müsəlman ölkələrindən Səudiyyə Ərəbistanı, Türkmənistan, BƏƏ, Küveyt, Bəhreyn, Qazaxıstan kimi ölkələr orta səviyyəli ət yeyəyn ölkələr sırasındadır. Bu ölkələrdə illik adambaşına 58-84 kq ət istehlakı düşür. Yaponiya, Almaniya, Çin, Finlaniya, Fransa, Rusiya, Britaniya və digər Avropa dövlətləri orta səviyyəli ət istehlak edən ölkələr sırasındadır. Bu ölkələr də adambaşına ət istehlakı 60- 100 kq arasında dəyişir. İndi isə dünyanın ən çox ət istehlak edən ölkələrini, yəni illik adambaşına 100 kq-dan çox olan ölkələrin siyahısını təqdim edirik. Siyahıda şokedici ölkələr siyahısı var.
1. Tonga krallığı - Avstraliyanaın qərbində yerləşən ada ölkə - illik adambaşına ət istehlakına görə liderlik edir. Bu ölkədə adambaşına 148 kq ət istehlak edilir.
2. Monqolustan - 132 kq
3. Saint Vemcent və Grenadinler - 124 kq.
4. Hong Kong - 123 kq
5. ABŞ - 123 kq
6. Marşal adaları - 118 kq
7. Argentina - 113 kq
8. İsrail - 113 kq.
9. Makao - 113 kq
10. Avstraliya - 112 kq
11 Baham adaları - 108 kq ət istehlak edir.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












