“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS

Son illərdə internet texnologiyalarının inkişafı nəticəsində ənənəvi bağlantı üsulları ilə yanaşı yeni və alternativ həllər də gündəmə gəlməyə başlayıb. Xüsusilə peyk üzərindən təqdim olunan internet xidmətləri qlobal miqyasda diqqət çəkir və müxtəlif ölkələr üçün yeni imkanlar yaradır. Bu baxımdan “Starlink” layihəsi texnoloji yenilik kimi tez-tez müzakirə olunur və onun tətbiq imkanları bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da maraq doğurur.
Mövzu xüsusilə ənənəvi internet infrastrukturu ilə müqayisə, texniki imkanlar və xidmətin əlçatanlığı kimi məsələləri ön plana çıxarır. Eyni zamanda, bu texnologiyanın ölkə daxilində tətbiqi üçün hansı şərtlərin tələb olunduğu, mövcud sistemlərlə uyğunluğu və istifadəsinin praktiki tərəfləri də müzakirə mövzusuna çevrilir.
Bununla yanaşı, regionlarda, xüsusilə kənd və ucqar ərazilərdə internetə çıxış imkanlarının genişləndirilməsi baxımından belə texnologiyaların rolu daha da aktuallaşır. Rəqəmsal bərabərliyin təmin olunması, təhsil və iqtisadi fəaliyyətlərin inkişafı üçün bu kimi həllərin perspektivi geniş şəkildə dəyərləndirilir.
Məsələ ilə bağlı informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Həsənov Avtosfer.az-a açıqlamasında bildirib ki, bu texnologiyanın ən böyük üstünlüyü də bundadır ki, coğrafi məhdudiyyətləri aradan qaldırır. Dağlıq ərazi, kənd, ucqar zona və s. fərq etmir, əgər səmanı görən antena varsa, internet əldə etmək mümkündür:

“ “Starlink” ənənəvi internetdən əsasən infrastruktur baxımından fərqlənir. Klassik provayderlər interneti fiber-optik kabellər, mobil qüllələr vəya yerüstü avadanlıqlar vasitəsilə çatdırır. Yəni, kabel çəkmək, baza stansiya qurmaq, böyük investisiya və vaxt tələb olunur. “Starlink” isə peyk üzərindən işləyir. Buda o deməkdir ki, siqnal birbaşa kosmosdakı peyklərdən istifadəçinin antenasına gəlir. Bu səbəbdən kabelə ehtiyac olmur. Məhz buna görə “Starlink” ənənəvi provayderlərin çata bilmədiyi yerlər üçün alternativ hesab olunur. İnfrastruktur məsələsinə gəldikdə isə, “Starlink”in əsas infrastrukturu artıq qlobal səviyyədə qurulub. Yəni peyklər orbitdədir və sistem işləkdir. Azərbaycanda istifadə üçün ayrıca böyük kabel infrastrukturu qurmağa ehtiyac yoxdur. Praktikada bəzi istifadəçilər bu xidmətdən fərdi şəkildə istifadə edə bilirlər. Regionlarda tətbiqinə gəldikdə isə, mən deyərdim ki bu texnologiya məhz belə ərazilər üçün daha real və effektivdir. Çünki kəndlərdə və ucqar yerlərdə fiber-optik internet çəkmək bəzən iqtisadi cəhətdən sərfəli olmur. “Starlink” isə alternativ olaraq qısa müddətdə həmin ərazilərə internet çatdırmaq imkanı verir. Amma burda təbii ki, bir neçə nüans var. Avadanlığın qiyməti, abunə xərci və hava şəraiti kimi faktorlar nəzərə alınmalıdır. Məsələn, güclü yağış və ya qar siqnal keyfiyyətinə müəyyən təsir göstərə bilər”.
Nurcan Babək
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir










