Radarın yerini əzbər bilən sürücüləri belə aldadırlar: Sürətə nəzarətin yeni metodları tapıldı

Azərbaycanın ərazi baxımından kiçik dövlət olması heç kimə sirr deyil. Bu səbəbdən tolların ümumi uzunluğunun da az olması tam təbiidir. Yol az olduqda sürücülər də yolu kifayət qədər yaxşı tanıyırlar. Məntiqi olaraq yolu yaxşı tanımaq sürücü üçün üstünlükdür. Bu amil yol qəzalarının azalmasına kömək edir. Lakin bəzi hallarda nəzəriyyə və təcrübə üst-üstə düşmür.
Azərbaycanda yolu tanımaq dedikdə adətən radar və kameraların yerini bilmək nəzərdə tutulur. Sürücülərimiz yaşadıqları ərazidə yol nəzarəti qurğularının yerini əzbər bilirlər. Məsələ "Yol-nəqliyyat hadisələrinin təsnifatı: səbəb və nəticələrin təhlili" adlı ictimai müzakirədə də səsləndirilib.
Reallığı şəxsi təcrübəmizdə də görürük. Bakı-Qazax yolunda radarların qarşısındakı tormoz izləri çoxuna tanışdır. Bəzi sürücülər, xüsusən də avtobus sürücüləri radarın nəinki yerini, hətta foto çəkdiyi nöqtəni də əzbər bilirlər. Mingəçevirdən Ağdaşa gəlrkən avtobus sürücüsünün bəzi yerləri 120 km/saat, bəzilərdə isə 70 km/saat sürətlə getməsinin səbəbini soruşanda intizamsız sürücülərə xas cavab aldım: “bu yolda 16 kamera və radar var, hamısının yerini əzbər bilirəm”.
Bu problem tək bizə xas deyil. Dünyanın istənilən ölkəsində stasionar radarların yeri illərlə dəyişmir. Çünki bu yerdəyişmə böyük xərc, işçi qüvvəsi və vaxt tələb edir. Radarın bircə gün dayanması dövləti kifayət qədər gəlirdən məhrum edir. Lakin çarə də var.
İspaniyada stasionar radardan əvvəl və sonra (200-400 metr məsafədə) kiçik, görülməsi çətin radarlar quraşdırılır. Bu qurğular sürücünün əsas radaradək hansı sürətlə gəldiyini qeydə alır.
Almaniyada radarlardan əvvəl xəbərdaredici nişanların qurulması Torpaqların (Land - regiona oxşar ərazi vahidi) səlahiyyətindədir. Buna görə də hər qəpiyin hesabatını aparan almanlar bir qayda olaraq yol nişanının qurulmasına resurs sərf etməkdə maraqlı deyillər.
Ən səmərəli metod isə orta sürət radarlarının qurulmasıdır. Belə sistem olduqda radardan 60 km/saat sürətlə keçən sürücü yolda 160 km/saata çıxa bilməyəcək.
Ağdaş-Mingəçevir timsalında olduğu kimi radarıar bir-biri ilə əlaqələndirilərsə, o zaman 16 deyil, 6 qurğu Şəki, Yevlax və Mingəçevir istiqamətində hərəkəti tam nəzarətdə saxlamağa imkan verər. Orta sürət radarlarının fəaliyyət zonasında radarı aldatmaq mümkün olmayacaq. Radar detektorları isə ümumiyyətlə mənasız olacaq. Çünki bu tip radarlar ani sürəti deyil, orta sürəti ölçür.
Səyyar radarlara gəlincə: Azərbaycan hökuməti bu qurğuların istismarını haqlı olaraq dayandırıb. Çünki dünyanın istənilən yerində səyyar radarlar srücü və polis arasında əlavə narazılıq məsələsidir. Bir çox ölkə onlardan istifadə ilə bağlı qərar verə bilmir.
Vüqar Yaşaroğlu
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












