Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ

İllərdir yollardakı tixaclara nə vaxt çarə qılınacağı barədə danışanda yarızarafat-yarıcıddi deyirdik ki, bu işdə ciddi dönüş o vaxt başlayacaq ki, tıxaclar onlara əncam çəkməli olanların və bu şəxslərə və ya qurumlara təsir etmək səlahiyyəti olanların darvazalarına qədər gəlib çıxsin...
Deyəsən, həmin vaxt gəlib çatıb. Bu həftənin əvvəlində Milli Məclisdə Bakı tixacları barədə danışılanlar bunu yadıma saldı. Özü də yəqin ki, tıxac mözusundakı belə emosional söhbətlər təkcə parlamentdə yox, icra hakimiyyəti orqanlarında da gedir. Sadəcə parlamentdən fərqli olaraq, icra hakimiyyəti orqanlarındakı söhbətlər mediaya çıxmır.
Bunları eşidəndə adamın ağlına maraqlı suallar gəlir: Cənablar, bəs indiyə qədər haradaydınız? Yaxud başınız nəyə qarışmışdı ki, bu tıxacların darvazalarınıza çatacağını görmürdünüz? Bakının və Abşeron aqlomerasiyasının beton cəngəlliyə döndərildiyini, tramvay xətlərinin söküldüyünü, yollarda bəyənmədiyiniz digər işləri görmürdünüz?..
Kaş ki, heç olmasa, bu yanlışlıqların davamı olmaya.
Rəhmətlik Mirzə Ələkbərin hələ uşaq vaxtı oxuduğum misraları tez-tez yadıma düşür:
Tərpənmə, amandır, bala, qəflətdən ayılma!
Açma gözünü, xabi-cəhalətdən ayılma!
Laylay, bala, laylay!
Yat, qal dala, laylay!
Ərşad Hüseynov
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti












