"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı

"Qırmızı və yaşıl xətlərin ayrılması metronun inkişafı üçün olduqca vacib addımdır. Çünki bu iki xəttin birgə fəaliyyəti sərnişin axınının səmərəli tənzimlənməsinə imkan vermir. Məhz buna görə də onların ayrılması artıq zərurətə çevrilib".
Avtosfer.az xəbər verir ki, bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı QHT.az-a açıqlamasında bildirib.
E.Muradlının sözlərinə görə, avtobuslarla yaradılacaq tənzimləmə sərnişin axınını tam qarşılaya bilməyəcək: "Burada əsas sual odur ki, avtobuslarla təşkil ediləcək tənzimləmə nə dərəcədə effektiv olacaq. Biz bunu aylar əvvəl də müzakirə etmişdik və mən hələ də düşünürəm ki, bu, tam həll yolu deyil. Çünki metronun bir qatarının daşıdığı sərnişin sayı təxminən yeddi-səkkiz avtobusun tutumuna bərabərdir. Əlbəttə, qatardan düşən bütün sərnişinlər eyni istiqamətə getməyəcəklər. Bu baxımdan müəyyən qədər yük paylanacaq. Ancaq buna baxmayaraq, yalnız avtobuslarla bu qədər sərnişini daşımaq praktik olaraq mümkün deyil".
Elməddin Muradlı bildirib ki, görülən tədbirlərin məqsədi bütün sərnişinləri deyil, mümkün qədər çox insanı daşımaqdır: "Ona görə də demək olmaz ki, heç kim narazı qalmayacaq və hər kəs rahat şəkildə mənzil başına çatacaq. Bu, real görünmür. Əsas məqsəd ehtiyacı olan insanların mümkün qədər daşınmasını təmin etməkdir".
Ekspert vurğulayıb ki, metro tikintisinin yaratdığı müvəqqəti çətinliklər gələcək inkişaf naminə qaçılmazdır: "Hər bir halda, metro tikintisi illərdir gözlədiyimiz bir layihədir və bu gün onun yaratdığı müvəqqəti çətinliklərə də dözməliyik. Söhbət təxminən bir illik müddətdən gedir. Ancaq bu proses qaçılmazdır. Mən insanları səbirli və təmkinli olmağa çağırıram. Çünki bunun başqa alternativi yoxdur. Bu yeniliklər həyata keçirilməsə, sonradan metronun inkişafından danışmaq çətin olacaq".
Onun sözlərinə görə, metronun inkişafı üçün keçid dövrünün çətinliklərini qəbul etmək zəruridir: "Əgər metronun inkişaf etməsini, daha əlçatan olmasını və sərnişin tələbatına uyğun fəaliyyət göstərməsini istəyiriksə, bu keçid dövrünün çətinliklərini də qəbul etməliyik".
Nəqliyyat eksperti qeyd edib ki, əlavə nəqliyyat vasitələri müəyyən boşluğu doldursa da, bütün tələbatı ödəmək mümkün olmayacaq: "Təbii ki, həmin ərazidə daha çox taksi və mikroavtobus fəaliyyət göstərəcək, stansiyalar arasındakı boşluğu doldurmağa çalışacaqlar. Amma yenə də demək olmaz ki, tapılan həll vətəndaşların bütün tələbatını tam ödəyəcək. Bu, mümkün deyil".
Elməddin Muradlı hesab edir ki, xətlərin ayrılması doğru addımdır, lakin bu, problemi tam aradan qaldırmayacaq: "Bununla belə, xətlərin ayrılması düzgün qərardır. İnsanlar bir qədər səbir göstərsələr, lazım gəldikdə avtobusu gözləsələr, heç olmasa alternativ nəqliyyat vasitəsindən istifadə edə biləcəklər. Amma bunun problemi tam həll edəcəyini demək doğru olmaz".
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!










