8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO

“Hacı Həsən. Ay qız, Fatma, Nazlının əl-ayağını hazırla, bu gün köçürək
şeyxin otağına.
Kərbəlayı Fatmaxanım. Hacı, yaxı deyirsən, amma qorxuram Nazlı atılıb-düşə. Bir də, vallah, hacı, doğrudan, Nazlı hələ lap uşaqdı.
Hacı Həsən (hirsli). Axmaq-axmaq danıma! Uaq olmağını ya olmamağını mən səndən yaxşı bilirəm. Zilhəccə ayının 18-də doqquz yaı tamam olub, on yaşına ayaq qoyub. Dəxi bilmirəm uşaq nəyə deyirsən? Sözü oyza-buyza atmaq lazım deyil”.
40-50 il əvvəl dahi Mirzə Cəlilin “Ölülər”ində bu hissəni oxuyan azərbaycanlılar böyük ədibin mübaliğəyə yol verdiyini düşünürdülər. Lakin təxminən 30 il əvvəl dəmir pərdə aradan qalxdıqdan sonra Yaxın Şərq ölkələrinə gediş-gəliş kütləviləşdi, son 10-15 ildə isə internet dünyanı birləşdirdi. Elə BMT, UNİCEF, ÜST, “Amnesty International” kimi nüfuzlu qurumların hesbatlarına və böyük media qurumlarının arxivlərinə nəzər saldıqda müsəlman ölkələrində vəziyyətin elə dahi yazıçının təbirincə desək, “eyni göl, eyni qurbağa” olduğuna şahidlik edərik.
Məsələn, 2025-ci ilin yanvarında İraqda Şəxsi status haqqında Qanuna edilən dəyişiklik ciddi narazılıq doğurdu. Yerli və xarici ekspertlər bunu ölkənin son 50-60 ildə qəbul etdiyi ən proqressiv qanunun iflası kimi izah edirlər. Parlamentdə ciddi siyasi alver predmetinə çevrilmiş layihə şiə inanclı iraqlılara mülki, ailə və vərəsəlik məsələlərinin həlli üçün dövlət qanunu ilə şəriət arasında seçim imkanı verdi. Bununla da, Şərqdə qadın və insan hüquqlarına görə avanqardçı olan İraq qonşularının vəziyyətinə düşdü. 1986-1994-cü ildə imzalanmış beynəlxalq konvensiyalar ölkəni irəli apardığı halda, yeni qanunla İraq Orta əsrlərə qayıdır.
Yeni qərarı dini liderlər təqdir etdilər. Onların fikrincə, 9 yaşında qızın ərə verilməsi şəriətə uyğundur. Halbuki, bu fikirləri Səddam Hüseyn vaxtında səsləndirmək belə, riskli idi.
UNİCEF-in statistikasına görə iraqlı qızların 28 faizi 18 yaşdan tez, 22 faizi isə 14 yaşdan tez ərə gedirlər. Real göstərici isə daha acınacaqlıdır. Uşaq evliliyi qızların təhsilinə ən ciddi maneədir. Digər problem şəxsiyyəti təsdiq edən sənədlərin olmamasıdır. 15-24 yaşlı qadınların cəmi 52 faizi savadlııdr. 30 il əvvəl təhsil səviyyəsinə görə ərəb dünyasının lideri olan İraqda İŞİD-in gəlişindən sonra 19-cu əsrin vəziyyəti yaranıb.
Səudiyyə Ərəbistanına gəlincə, burada bir neçə il əvvəl məişət zorakılığına qarşı qanun qəbul edilsə də, praktikada tətbiq edilmir. 2013-cü ildə tanınmış dini lider Abdallah əl-Daud televiziya ilə çıxışında bildirmişdi ki, cinsi zorakılığın qarşısını almaq üçün qız uşaqları 2 yaşından örtünməlidir: “uşaq istəmədən belə kimisə ehtiraslandıra bilər”. Təəccüblüdürmü? Xeyr.
Eyni ildə öz qızını zorladıqdan sonra ölümünə səbəb olan Fayhan əl-Qamdi 200 min rial (100 min manat) qanpulu ödəyərək həbs qətimkan tədbirinin müddəti başa çatdıqdan sonra sərbəst qalır (10 ay reanimasiyada olan qızcığazla bağlı tibbi ekspertizanın rəyindəki iyrənclikləri yazmaq istəmədim – müəl.). Səbəb sadədir. Zorlama və adam öldürməyə görə Səudiyyədə ölüm hökmü nəzərdə tutulsa da, qayda öz qızını və arvadını öldürənlərə şamil edilmir (oğulla bağlı vəziyyət fərqlidir). Həmzə Kaşqari adlı səudiyyəli mühacir zarafatla yazır: “səudiyyəli qadınılar cəhənnəmə düşmürlər, çünki ora 2 dəfə düşmək mümkün deyil”.
Ölkədə 2013-cü ildə qəbul edilmiş qanunla qızların nikah yaşı 16 müəyyən edilsə də, qanunda başqa bir müddəa yer alır: ataya xüsusi hallarda qızını daha erkən ərə vermək hüququ saxlanılır. Bu qeyri-müəyyənliyə görə 16 yaş məsələsinə de-fakto əməl edilmir.
2008-ci ildə 8 yaşlı qız 58 yaşlı kişiyə ərə veriilmişdi. Qızın anası (həmin vaxt ailə ayrılmışdı) məhkəməyə müraciət edərək nikahı pozmaq istəsə də, mümkün olmadı. Qanunvericiliyə görə, qız özü məhkəməyə müraciət etməlidir. Bunun üçün o, yetkinlik yaşına çatmalı və ərinin icazəsini almalıdır. Uşağın qəyyumluğu atada olduğu üçün ana onunla yalnız ayda 2 dəfə qısa telefon söhbəti edə bilər. Bizcə, burada əlavə sözə ehtiyac yoxdur.
Baş müfti Əbdüləziz əl-Şeyxin fikrincə (2009-cu il), azyaşlıların evliliyinə qarşı çıxanlar ədalətsizdirlər: “biz mətbuatda tez-tez azyaşlıların evliliyindən danışıldığını görürük. Bilməliyik ki, şəriət qadınlara qarşı ədalətsiz deyil. Kimsə desə ki, yaşı 15-dən az olan qız evlənə bilməz, yalandır. 10-12 yaşlı qız da evlənə bilər. Bunun əksini düşünənlər yanılırlar və qızlara qarşı ədalətsizlik edirlər”.
Eyni ildə ali dini idarə 11 yaşlı qızın pul qarşılığında 75 yaşlı kişiyə ərə verilməsini dinə uyğun hesab etmişdi (mənbə: Ukaz qəzeti).
Talibanın idarə etdiyi Əfqanıstanda vəziyyət daha betərdir. Səudiyyədə qadınlar bakalavr təhsili ala bilirsə, Əfqanıstanda yeni qanunla qızlar yalnız ibtidai təhsil ala bilər. Bu ilin mayında ölkədə 1977-ci ildən qüvvədə olan Mülki Məcələ dəyişdirildi. Məcəllədə evlilik yaşı qızlar üçün 16, oğlanlar üçün 18 müəyyən edilmişdi. 2009-cu ildə edilən düzəliş isə 15 yaşına çatmayan qızla cinsi əlaqəyə görə cinayət məsuliyyəti müəyyən edirdi. Yeni qanun isə qızların həddi-buluğ yaşını 9-a endirdi. Yəni, qız bu yaşda evləndirilə bilər. Ucqarlarda isə qızlar daha az yaşda ailə qurmağa məcbur edilirlər.
BMT-nin statistikasına görə yaşı 50-dək olan əfqan qadınların 30 faizdən çoxunun ailə qurarkən yaşı 18-dən az olub. Eyni qurumun iyun ayına olan məlumatına görə, 2021-ci ildə hakimiyyti ələ alan Taliban 470 qərar və dekret verib ki, bunlardan 71-i birbaşa qızları hədəfə alır.
UNESCO-nun statistikasına görə bu gün Əfqanıstanda 2,4 milyondan çox qız təhsildən məhrumdur. 2024-cü ildə rəqəm 1,5 milyon idi. Qanunlar dəyişməsə 2030-cu ildə rəqəm 4 milyona çatacaq. Ölkədə sadadlılıq səviyyəsi 37 faizdir, yaşı ondan az olan uşaqların 90 faizi yazıb-oxuya bilmir. Bura, qızların təhsil hüququnun ən ciddi şəkildə məhdudlaşdırıldığı ölkədir.
Yaxın Şərqin digər ölkələrində də vəziyyət çox da fərqli deyil. Hətta parıltısı göz qamaşdıran şəhərlərdə də. Bəs Şərqdə ilk qızlar məktəbi, dünyəvi təhsil, akademiya, radio, televiziya və digər mütərəqqiliklərə imza atmış respublikanın vətəndaşları Şərq xalqlarından hansı yaxşı nümunəni götürə bilər? Cavab ritorikdir.
Vüqar
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
""Onsuz da günah sürücüdə olacaq" düşüncəsi piyada ölümlərinin artmasına səbəb olur" - Elməddin Muradlı
Sığorta bazarında 22 mlyonluq yeni dövriyyə – 100 manatdan 600 manata artım
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?















