Abşeronda yeni zibil poliqonu tikiləcək

"Abşeron Tullantı Hövzəsində bir poliqon və dörd ötürücü məntəqənin tikilməsi planlaşdırılır".
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Xarici maliyyə institutları və investisiya fondları ilə iş üzrə departamentində Beynəlxalq investisiya fondları və donorlarla əməkdaşlıq şöbəsinin müdiri Günel Quliyeva WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Plastik çirklənmə ilə mübarizə: Yaşamaq üçün əlverişli şəhərlərin və dövri iqtisadiyyatın təşviqi" adlı tədbirdə deyib.
O bildirib ki, İqtisadiyyat Nazirliyinin Dünya Bankı ilə birgə reallaşdırdığı qrant layihə çərçivəsində tullantıların idarə edilməsi sahəsində işlər görülür:
"Layihə çərçivəsində çirklənmiş ərazilərin təmizlənməsi istiqamətində addımlar atılacaq. Abşeron Tullantı Hövzəsi üzrə Abşeronda bir poliqon və Xızı, Şamaxı ərazilərində dörd ötürücü məntəqənin tikintisi planlaşdırılır. Layihənin digər mərhələlərində isə əlavə ötürücü məntəqələrin tikintisi də nəzərdə tutulur.
Bu istiqamətdə əsas məqsədlərdən biri beynəlxalq təcrübənin tətbiqi və müasir standartların poliqon tikintisində istifadə edilməsidir. Biz bu layihələr üzərində məsuliyyətlə çalışırıq və düşünürük ki, növbəti mərhələlərdə regionlarda poliqonların və transfer mərkəzlərinin tikintisi ilə artan əhalini nəzərə alaraq Abşeron ərazisində məişət tullantıları tənzimlənəcək və irəliləyiş əldə edəcəyik".
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO
Abşeron dairəvi dəmir yolu xəttində hansı yeniliklər olacaq? – ADY-dən AÇIQLAMA - VİDEO
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün 111 mülkiyyətçi ilə razılaşma əldə edilib - RƏSMİ
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq - FOTO
Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO
Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO












