Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək - Şirkətdən AÇIQLAMA

Ağdam-Əsgəran-Şuşa avtomobil yolu inşa ediləcək. Bu barədə “APA-Economics”ə açıqlamasında Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yanğın məlumat verib. Onun sözlərinə görə, yeni yolun inşasını Türkiyənin “Kolin İnşaat” şirkəti həyata keçirəcək. “Amma hələlik layihə plan şəklindədir və icrasına başlanılmayıb”, - deyə Cemal Yanğın əlavə edib.
Qeyd edək ki, “Kolin İnşaat” işğaldan azad edilmiş ərazilərdə bir sıra infrastruktur layihələrin icrasında iştirak edir. Şirkət Azərbaycan üçün strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun, Göygöldən Kəlbəcərə magistralın çəkilişində, Əhmədbəyli- Horadiz-Mincivan-Ağbənd avtomobil və Horadiz-Mincivan- Ağbənd dəmir yollarının, Qarabağda qurulan yeni hava limanlarının inşasında iştirakçıdır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












