ASCO-nun sifarişi ilə yeni gəmi tikilir

AZCON Holding şirkətlərindən olan ASCO-nun yerləşdirdiyi sifariş əsasında Bakı Gəmiqayırma Zavodunda inşa edilən üçüncü "RoPax" tipli gəmi-bərə üzrə işlər qrafikə uyğun olaraq davam etdirilir.
Avtosfer.az xəbər verir ki, layihə çərçivəsində gəminin əsas gövdəsi üzrə blokların yığılması işləri tamamlanıb. Hazırda boru xətləri quraşdırılır, elektrik sistemləri üzrə kabellər çəkilir. Eyni zamanda, havalandırma sistemlərinin montajı, mexaniki avadanlıqların quraşdırılması, yaşayış sahələrində izolyasiya, kabinlərin ayrılması kimi proseslər icra olunur.
Layihədə əvvəlki analoji "RoPax" gəmiləri ilə müqayisədə bir sıra yeniliklər nəzərdə tutulub. Bunlara təsərrüfat təyinatlı üç tonluq bir ədəd kranın quraşdırılması, sıxılmış hava sistemi üçün əlavə saxlanc çənlərinin yerləşdirilməsi, soyuducu konteynerlər üçün elektrik qidalanma sisteminin yaradılması daxildir.
Bundan başqa, yeni gəmidə alt yük bölməsi üzrə təhlükəli qaz aşkarlama sistemi və köpüklü yanğınsöndürmə sistemi üzrə əlavə bir ədəd yanğınsöndürmə tuşlayıcısı quraşdırılacaq. Eyni zamanda, bərədə dəmiryolu xətlərinin avtomatik keçirilmə sisteminin tətbiqi, yük platforması üzərində tormozlama sisteminin qurulması da nəzərdə tutulub. Baş mühərrik otağında isə əlavə soyutma sistemi, iki ədəd servis qapağı və iki ədəd xidməti kran quraşdırılacaq.
Bununla yanaşı, layihədə bəzi texniki həllər əvvəlki gəmilərlə müqayisədə optimallaşdırılıb. Belə ki, sərnişin liftinin quraşdırılmasından imtina edilib. Arxa köməkçi sükan qurğusu isə ləğv olunaraq, əvəzində ön köməkçi sükan qurğusunun gücü 350 kVt-dan 545 kVt-a çatdırılıb.
Bundan öncə istismara verilən eynitipli "Azərbaycan" və "Zərifə Əliyeva" gəmi-bərələri kimi, yeni gəmi-bərənin də maksimal sürəti 14 uzel, uzunluğu 154.5, eni 17.7, bortunun hündürlüyü isə 7.5 metr təşkil edəcək. Daşıma qabiliyyətinə gəlincə, bu gəmi-bərə də eyni vaxtda 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR qəbul etmək imkanına malik olacaq.
Yeni gəmi ASCO-nun donanmasının müasirləşdirilməsi və ölkəmizin tranzit potensialının artırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Digər gəmilər kimi, bu "RoPax" tipli gəminin də Xəzər dənizi üzərindən həyata keçirilən yük və sərnişin daşımalarında, o cümlədən Orta Dəhliz üzrə nəqliyyat əməliyyatlarında istismarı planlaşdırılır.
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ












