Avtomobillərin qeydiyyat rüsumları artdı - Yeni qiymətlər necə hesablanacaq?

"“Dövlət rüsumu haqqında” Qanuna dəyişikliklər artıq rəsmi təsdiq olundu və 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək. Xeyli rüsumlar artırılıb. Amma ən ciddi artım fiziki şəxslər tərəfindən minik avtomobillərinin alqı-satqısı zamanı ödənilən rüsumlardır. Özü də köhnə avtomobillərin alqı-satqı rüsumu daha çox artırılıb". Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyib. O, bildirib ki, fiziki şəxslər tərəfindən minik avtomobillərinin alqı-satqı müqaviləsi üzrə DYP-də qeydiyyata aldırılmasına görə hazırda qüvvədə olan rüsum mühərrikin iş həcmi və avtomobilin istehsal tarixi ilə bağlıdır. "Köhnə avtomobillər üçün bu rüsum daha azdır (məsələn, istehsal tarixi 10 ildən çox olan minik avtomobilinə görə bu rüsum eyni avtomobilin yenisi üçün rüsumun 30%-i qədərdir). Yanvarın 1-dən isə istehsal tarixindən asılı olmayaraq rüsum eyni məbləğdə olacaq. Bundan başqa, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının (nömrənin) rüsumu da artdı.
Məsələn, indiki rüsumla fiziki şəxs mühərrikinin iş həcmi 4000 kubsantimetr və istehsal ili 2010 olan minik avtomobilini öz adına qeydiyyata alldırarsa, rüsumu belə olacaq:
Texniki baxış olarsa - 30 manat;
Qeydiyyat şəhadətnaməsi - 25 manat;
Dövlət qeydiyyat nişanları (adi hərf və rəqəmlər) – 22 manat;
Mühərrikə görə qeydiyyat rüsumu – 120 manat.
Cəmi rüsumların məbləği – 197 manat.
Yanvarın 1-dən isə eyni avtomobil üçün yeni rüsumlar belə olacaq:
Texniki baxış olarsa - 30 manat;
Qeydiyyat şəhadətnaməsi - 30 manat;
Dövlət qeydiyyat nişanları (adi hərf və rəqəmlər) – 30 manat;
Mühərrikə görə qeydiyyat rüsumu – 400 manat.
Cəmi rüsumların məbləği – 490 manat.
Sürücülük imtahanına və sürücülük vəsiqəsinin verilməsinə görə rüsumlar da artır.
Avtomobil və motosiklet üçün vəsiqənin verilməsi və dəyişdirilməsi rüsumu 30 manat olacaq (indi 25 manatdır).
Avtomobil və motosiklet, tramvay və trolleybusların idarə olunması hüququ üçün imtahan rüsumu ilk dəfə 40 manat (indi 20 manatdır), təkrar imtahan üçün isə 20 manat (indi 10 manatdır) olacaq.
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq












