Azərbaycana 4 yeni "Boeing 787 Dreamliner" gətiriləcək - FOTO

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti öz hava gəmiləri parkını dörd yeni müasir "Boeing 787-8 Dreamliner" avialayneri ilə genişləndirəcək.
Bu gün AZAL-ın prezidenti Cahangir Əsgərov və "Boeing Commercial Airplanes" şirkətinin prezidenti, mülki təyyarələr bölməsinin baş icraçı direktoru Sten Dil müvafiq anlaşma memorandumu imzalayıblar. Sənədin imzalanması Farnboroda keçirilən məşhur Aviasiya şousu ("Farnborough International Airshow" - Böyük Britaniya) çərçivəsində baş tutub. "Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qeyd edilən növ hava gəmilərinin 2025 – 2030-cu illər ərzində Azərbaycana gətirilməsi nəzərdə tutulub.
“AZAL postsovet məkanında "Boeing 787-8 Dreamliner" təyyarələrinin istismarına başlayan ilk aviaşirkətdir. Hazırda aviaşirkətimizdə bu tip iki layner istismar edilir. Aviaşirkətin hava gəmiləri parkına uzaqməsafəli yeni təyyarələrin daxil edilməsi “Azərbaycan Hava Yolları”nın dünyada iştirak coğrafiyasını daha da genişləndirəcək”, - deyə AZAL prezidenti Caha ngir Əsgərov qeyd edib.
“Bugünki saziş bütün dünyada müşahidə etdiyimiz səyahətə artan tələbatı təmin etmək üçün hava gəmiləri parkını yeniləyən “Azərbaycan Hava Yolları” aviaşirkəti ilə uzunmüddətli əməkdaşlığımızın davamıdır. "Boeing-787" hava gəmiləri hava daşımaları bazarının tənəzzülü zamanı dünya aviaşirkətləri tərəfindən digər genişfüzelyajlı təyyarələrlə müqayisədə daha fəal istismar olunmuşdur. Biz bu tip hava gəmisinin imkanları və xüsusiyyətlərinə arxayınıq”, - deyə "Boeing Commercial Airplanes" şirkətinin prezidenti, mülki təyyarələr bölməsinin baş icraçı direktoru Sten Dil bildirib.
Qeyd edək ki, Farnboro Beynəlxalq Aviasiya Şousu ("Farnborough International Airshow" (FIA)) Farnboro hava limanı ərazisində iki ildən bir keçirilir. Bu tədbir aerokosmik avadanlıq və texnologiyalar sahəsində ən mühüm ümumdünya platformasıdır. 2016-cı ildə FİA dünyanın ən böyük aviakosmik sənayesi sərgisi statusunu qazanmışdır. FİA-da, ümumilikdə, 80 mindən çox ziyarətçinin, təxminən 1500 aviakosmik sənaye mütəxəssisinin iştirakı gözlənilir.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO














