Azərbaycanda İLK: Bu qadınlar 1460 manat alacaq - Şərtlər isə…

“BakuBus” MMC-nin yalnız qadınlar üçün nəzərdə tutulmuş sürücü vakansiyası ictimaiyyətdə maraqla qarşılanıb. Müvafiq vəzifə üzrə əməkhaqqı 1460 manat səviyyəsində müəyyən olunub. Lakin sosial şəbəkələrdə əksəriyyət qadınların bu sahədə uğur qazana bilməyəcəyini iddia edirlər. Hətta bəzi hallarda taksi sifarişi zamanı sürücünün qadın olduğunu öyrəndikdə gedişi ləğv edən şəxslərin olduğu bildirilir.Ekspertlər qadınlarla bağlı bu təklifi necə qiymətləndirirlər?
Avtosfer.az xəbər verir ki, globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov deyib ki, bütün sahələrdə gender bərabərliyinin qorunması istiqamətində addımlar atılır:
“Qadın sürücülərin nəqliyyat sektorunda iştirakı alqışlanmalıdır. Dünyanın müxtəlif ölkələrində belə təcrübə var. Düzdür, qadın sürücülər daha çox tramvayları idarə edirlər, çünki bu, avtobuslarla müqayisədə daha asandır. Azərbaycanda qadın sürücülərin sayı son 10-15 ildə artmağa başlayıb. Ona görə də əksəriyyət düşünür ki, onlar “təhlükəli sürücüdürlər”. Bu yanaşma yanlışdır. Əvvəl Bakıda özəl şirkətlərdən biri qadın sürücülərlə bağlı elan versə də, müraciət edən olmadı. Mümkündür ki, indiki cəhdin də sonu belə olsun. Çünki bu peşə qadınlar üçün maraqlı deyil və ağır sahədir”.
Ekspert bildirib ki, gün ərzində xüsusilə, Bakı yollarında sükan arxasında olmaq psixogen bir vəziyyətdir:“Sərnişinlərlə ünsiyyət də qaydasında deyil. Əmək şəraiti çox çətindir – “BakuBus” sürücüləri işə saat 06:00-dan tez gəlməlidir. Qadın bu işi bacara bilsə də, ağır tələblərə görə maraq göstərməyəcəklər”.
Nəqliyyat üzrə ekspert İlqar Hüseynlinin sözlərinə görə, heç bir şirkətin əsas məqsədi yalnız qadın sürücüləri işə cəlb etmək və ya onların sayını artırmaq olmamalıdır:
“Hazırda Azərbaycanda avtomobili peşəkar şəkildə idarə edən, yol hərəkəti qaydalarını yaxşı bilən qadın sürücülər mövcuddur. Xanımlar, adətən, piyadalara və digər nəqliyyat vasitələrinə qarşı daha ehtiyatlı yanaşır, zolaq dəyişmələri zamanı diqqətli davranırlar. Lakin iritutumlu nəqliyyat vasitələrinin, xüsusilə də avtobusların idarə olunması sahəsində fəaliyyət göstərən qadın sürücülərin sayı çox azdır. Bu say o qədər də yüksək deyil ki, “BakuBus” onları işə dəvət etsin. Şirkətin strategiyasının konkret nə olduğu aydın görünmür. “Bakubus” keyfiyyətli, etik davranış qaydalarına əməl edən sürücüləri prosesə cəlb etməlidir”.
Psixoloq Zeynəb Əyyubova qeyd edib ki, qadınlar bu sahədə uğurla fəaliyyət göstərə bilərlər:
“Lakin etiraf etməliyik ki, ictimai nəqliyyatda sürücülərlə sərnişinlər arasında gərgin situasiyalar tez-tez baş verir. Əsas məsələ emosional dayanıqlılıq, stresə davamlılıq və konfliktlərlə mübarizə aparmaq bacarığıdır. Bu yanaşma təkcə qadınlara deyil, nəqliyyat sahəsində işləmək istəyən istənilən şəxsə aiddir. İşə götürülərkən psixoloji vəziyyətin qiymətləndirilməsi mütləqdir. Bu məqsədlə psixoloji testlər, müsahibələr və stres altında davranış modellərinin təhlili çox effektiv nəticə verə bilər”.
Horadiz-Ağbənd dəmir yolu xətti üzrə layihələndirmə işlərinin 85 faizi yekunlaşıb – EKSPERT - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI












