Azərbaycanda “Vahid parklanma kartı” nın yaradılması təklif edilir - Nə dəyişəcək?

Azərbaycanda “Vahid parklanma kartı”nın yaradılması təklif edilir. Bu məsələ barədə Trend-in sualını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, bu təklif yenilik kimi görünsə də, Bakı şəhərində vahid parklanma kartı kimi kartlar var. Xüsusən də yeraltı parkinqlərdə belə bir sistem tətbiq edilir. "Qış Parkı və ya Azadlıq Meydanı yaxınlığında olan parkinqlərə yaxınlaşıb həmin ərazidə yaşamağınız və ya işləməyinizlə bağlı hər hansı bir sənəd təqdim etsəniz, sizə aylıq bir kart verirlər və o kart vasitasilə ödənişinizi günlük qiymətin üçdəbiri səviyyəsində edirsiniz. Ombudsman təklif edir ki, vahid bir kart tətbiq edilsin və bu kart hər yerdə keçərli olsun. Bunun özü parklanma ilə bağlı maraqlı bir faktordur. Əksər xarici ölkələrdə bu sistemdən istifadə olunur. Hər halda, Ombudsman Səbinə Əliyeva da bunu nəzərə alaraq belə bir təklif verib. İnnovativ yeniliklər hər zaman diqqət çəkir, maraq cəlb edir və bu barədə elə qərarlar qəbul etmək lazımdır ki, səhv olmasın. Sistem tətbiq ediləcəksə, bunu təkmil formada etmək lazımdır ki, sonra üstündən xətt çəkilməsin”, - deyə ekspert qeyd edib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












