Bakı aeroportunda YENİLİK: Sərnişinlər üçün smart taksi terminalları istifadəyə verildi - VİDEO

Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişinlər üçün taksi xidmətinin keyfiyyətini artırmaq məqsədilə yeni smart terminallar quraşdırılıb.
Avtosfer.az Real TV-yə istinadən məlumat verir ki, terminal vasitəsilə sərnişinlər həm məlumat ala, həm də taksi sifarişlərini birbaşa həyata keçirə bilirlər.
Hazırda aeroportdan şəhərə daşımalar 5-6 manatdan başlayır. 3-25 kilometr məsafələr üçün hər kilometrə görə ödəniş 80-95 qəpik, 26 kilometr və daha uzun məsafələrdə isə 70 qəpik təşkil edir. Qiymətlər taksometrlə hesablanır və hər hansı dəyişiklik olduqda sərnişinlərə proqram vasitəsilə məlumat verilir.
Qeyd edək ki, yeni qaydalara əsasən, Heydər Əliyev Beynəlxalq Hava Limanında sərnişin daşımaları yalnız xüsusi hazırlanan və qanunvericiliyə uyğun taksilər vasitəsilə həyata keçirilir. Hava limanına aid xüsusi sifariş kateqoriyaları yaradılıb və yalnız təlim keçmiş, müasir standartlara cavab verən sürücülər xidmət göstərə bilərlər.
Ətraflı süjetdə:
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
Təzə asfalt niyə yenidən kəsilir? - AAYDA-dan izah - VİDEO
Abşeron dairəvi dəmir yolu xəttində hansı yeniliklər olacaq? – ADY-dən AÇIQLAMA - VİDEO
Yeni Suraxanı-Hövsan dəmir yolu xəttinin bərpası üçün 111 mülkiyyətçi ilə razılaşma əldə edilib - RƏSMİ
Bu marşrutlar “Şamaxinka”da dayanmayacaq - FOTO
Horadiz–Ağbənd dəmir yolu layihəsində tikinti işləri tamamlanıb - VİDEO
Xidməti maşından şəxsi maraqlar üçün istifadə QADAĞAN OLUNUR
Paytaxtda Heydər Əliyev parkının yaxınlığında yeni svetoforlar quraşdırılıb - VİDEO
“Həzi Aslanov” - “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu - YENİLƏNİB
AYNA-dan sürücülərə yenilik: Parklanma daha rahat olacaq
Daha bir yolayrıcında işıqforlar quraşdırıldı - VİDEO












