"Bakı Metropoliteni"nin elektrik yarımstansiyalarından biri yenidən qurulub - FOTO

"Bakı Metropoliteni" QSC-nin qatarların hərəkətində əhəmiyyətli rol oynayan elektrik yarımstansiyalarından biri tamamilə yenidən qurularaq ən müasir standartlar səviyyəsinə çatdırılıb.
Avtosfer.az xəbər verir ki, yenidən qurulmuş yarımstansiya metronun “Gənclik-Qara Qarayev” sahəsində hərəkət edən qatarları dartı elektrik gücü ilə təmin edir.
Təmir-bərpa işləri müddətində qatarların fasiləsiz hərəkətini təmin etmək üçün ehtiyat tədbirləri görülüb, yarımstansiyanın fiziki cəhətdən köhnəlmiş avadanlıqları yenilənib və Almaniyanın “Siemens” şirkətinin məhsulları ilə əvəz edilib. Yenidənqurma tədbirləri çərçivəsində müasir dövrün standartları və texnologiyaları xüsusi nəzərə alınıb. Bu xüsusda burada yeni qurğuların prinsipial iş sxemi Bənövşəyi xətdə tətbiq edilən sistemdən istifadə olunmaqla qurulub. Bu da yarımstansiyadan giriş və çıxış xətlərini bir-birindən ayırmağa imkan verib.
Müasir avadanlıqların daha yığcam və optimal olması, yeni nəsil texnologiyalarından istifadə olunduğundan onların baxış, qulluq və təmiri daha sadədir. Bu isə işçi əməyindən daha səmərəli istifadə etməyə şərait yaradacaq. Yeni yarımstansiya SCADA sistemləri vasitəsilə teleidarəetmə ilə dispetçer mərkəzinə qoşulub. Bu isə öz növbəsində, yarımstansiyanın vahid mərkəzdən avtomatik idarə edilməsinə şərait yaradıb.



Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












