Bakı metrosunun yeni tikilən iki stansiyasında son vəziyyət açıqlanıb - FOTO

"Bakı Metropliteni" QSC paytaxtın Xocasən qəsəbəsində və Cəlil Məmmədquluzadə küçəsində inşa olunan yeni stansiyalarındakı son vəziyyəti açıqlayıb.
Qurumdan Avtosfer.az-a verilən məlumata görə, metronun 2-ci yerüstü stansiyası olacaq "Xocasən" deposunun inşasında əhəmiyyətli mərhələ geridə qalıb.
Müasir tələblərə uyğun olaraq, burada da sərnişin platformasına qalxmaq üçün iki eskalator quraşdırılıb. Hazırda vestibül, keçid tuneli və gözləmə zalında döşəmə və divar üzləməsi işləri tamamlanıb. 7 vaqonluq qatarları qəbul edəcək 144 m uzunluğunda platformanın tikinti-quraşdırma işləri tamamlanıb, üzləmə işləri aparılır. Bura qədər çəkiləcək dəmir yolunun da yalnız stansiya qarşısındakı hissəsi qalıb. Xidməti otaqlarda da son tamamlama işləri, kabelləşmə davam edir.
İnşaat işləri Bənövşəyi xəttin Cəlil Məmmədquluzadə küçəsində yerləşəcək, şərti adı “B4” olan stansiyada da fəal fazasına 2021-ci ilin yay aylarında qədəm qoyub. Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında və 1 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığında yerləşən stansiya kompleksinin uzunluğu 170 metrdir. Ərazinin relyefinə görə 29-32 metr dərinlikdə olacaq stansiya 4 səviyyədən ibarət olacaq. 2021-ci il ərzində bu səviyyələrdən birincisində - kassa zalı səviyyəsi tikilib. Stansiya ekoloji cəhətdən təmiz, eyni texniki və iqtisadi cəhətdən səmərəli “Qruntda divar” üsulu ilə inşa olunduğundan işlər qənaətli yuxarıdan aşağı olmala aparılır. İkinci səviyyə texniki, üçüncü platformaya keçid xarakterli mezonin qatı, sonuncu isə 144 metr uzunluğunda platforma olacaq.
“Memar Əcəmi” stansiyasından başlayaraq, Bənövşəyi xəttin stansiyaları “Qruntda divar” üsulu ilə tikilir. Bu üsulun tələblərinə uyğun olaraq, 1010 və 1021 metr uzunluqlarında olan iki tunel də inşa olunub. Bu isə o deməkdir ki, sonuncu, platforma səviyyəsində 7 vaqonlu qatarların dayanması üçün nəzərdə tutulmuş stansiya yolu da qazılıb.








Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI












