Bakı-Şamaxı-Yevlax avtomobil yolunda piyada keçidi istifadəyə verilib - FOTO - VİDEO

M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14.9-cu kilometrliyində inşa olunan yerüstü piyada keçidi vətəndaşların istifadəsinə təqdim olunub.
Avtosfer.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, sözügedən ərazidə piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə ötən ilin əvvəlindən yerüstü piyada keçidinin layihələndirilməsi, mart ayından isə keçidinin tikinti işlərinə başlanılıb.
Piyada keçidinin tikintisi layihəsi çərçivəsində tikinti sahəsinə düşən kommunikasiya xətlərinin köçürülməsi, yolun hər iki tərəfində yeni avtobus ciblikləri, iki ədəd avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün bir ədəd nəzarət otağının tikintisi işləri, həmçinin piyada keçidinin ətrafı üzrə tam şəkildə abadlaşdırılma işləri görülüb.
İki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 40.5 metr, aşırım hissəsinin uzunluğu 34.5 metr, eni 3.5 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.
Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.
M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18.5, 20, 21.5 və 25-ci km-lik hissələrində də yüngül konstruksiyalı keçidlər inşa edilir. Tikinti işlərinin bu il başa çatdırılması nəzərdə tutulur.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
















