BNA və AYDA Bakıda daha bir küçəni abadlaşdırdı - Geniş parkinqi var - VİDEO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Yasamal rayonu Bəsti Bağırova küçəsi müasir şəhərsalma qaydalarına uyğun əsaslı şəkildə təmir edilib. Bəsti Bağırova küçəsinin uzunluğu 450 metr, eni isə hərəkət hissəsi 7 metr olmaqla 12 metr təşkil edir. İlkin mərhələdə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə fəaliyyət nəticəsində küçə boyu kommunikasiya xətlərinin yenilənməsi işləri icra olunub. Avtosfer.az-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bakı Nəqliyyat Agentliyinin təqdim etdiyi layihəsi əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir işlər zamanı küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 6000 kv.m sahədə hərəkət hissədə asfaltlanma işləri icra olunub. Əsaslı təmir zamanı yararsız səki daşları sökülərək 1580 p/metr uzunluğunda yeni beton və mərmər səki daşları ilə əvəz edilib, 130 p/metr bardür bərpa olunub, 4731 kv.metr sahədə isə yeni piyada səkiləri yaradılıb, həmçinin zəruri yerlərdə xüsusi qabarıq formalı eyni səviyyəli piyada keçidləri təşkil edilib. Sadalanan işlər küçə boyu piyadaların rahat və təhlükəsiz hərəkətini təmin edib.
Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təşkili üçün küçədə əlilliyi olan şəxslər də nəzərə alınmaqla xüsusi parklanma yerləri təşkil edilib, taksi duracaqları yaradılıb, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri icra olunub.
Bu işlərə paralel olaraq səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, küçə boyu yeni yağış barmaqlıqları, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq yeni baxış qapaqları qoyulub.
Təqdim edilmiş layihə əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə aparılmış təmir işləri heç şübhəsiz ki, həm sürücülərin, həm də piyadaların ürəyincə olacaq.
Əsaslı təmir işləri mərhələli şəkildə 462 metr uzunluğa malik Məhəmməd Naxçıvani küçəsində, həmçinin Bəsti Bağırova və Məhəmməd Naxçıvani küçələri ilə kəsişən Giləzi (110m), Murtuza Muxtarov (329m), Cabbar Qaryağdıoğlu (188m), Mirzə Fətəli Axundov (119) və Mustafa Sübhi (119m) küçələrində də aparılacaq.
Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İnvestisiya Proqramları çərçivəsində son 3 il ərzində Yasamal rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə əsaslı şəkildə təmir edilib.


Milli Məclisdən son dəqiqə qərarı: Azərbaycanda QADAĞAN edilir!
Prezident onu rektor təyin etdi - SƏRƏNCAM
Bakının bu ərazisində nəqliyyat sıxlığı tam aradan qaldırıldı - FOTO - VİDEO
Ziya Bünyadov prospekti Kənar dairəvi yolla birləşdirilir - VİDEO
“Bolt”dan yenilik; sürücülər bu işdə yaxşı gəlir əldə edəcək, maşın onlara qalacaq - VİDEO
Bu marşrut üzrə bütün avtobuslar yenilənir - Gedişhaqqı 60 qəpik olacaq
Ən son kimyəvi kəşf artıq nəqliyyat sahəsində tətbiq ediləcək - VİDEO
Bakıda metro xəttinin altından maşın yolu keçəcək - VİDEO
Prezident fərman imzaladı - Gömrük Komitəsinə yeni səlahiyyət verildi
Bu küçədə sərbəst hərəkət təmin edildi - Sürücülərin NƏZƏRİNƏ! - VİDEO
"Bolt" Azərbaycanda gənclər üçün yeni müsabiqə elan edib; bu tarixdə başlayacaq - RƏSMİ










