Bakıda ötən il 200-ə yaxın işıqfor quraşdırılıb - FOTO

Bakı Nəqliyyat Agentliyi (BNA) ötən il paytaxtda 31 məntəqədə 179 ədəd piyada və nəqliyyat işıqforu quraşdırıb.
Avtosfer.az bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumatda deyilir ki, 2021-ci ildə Bakının 27 küçə və prospekintdə 120-ə yaxın eynisəviyyəli piyada keçidi təşkil edilib. Nizamlanan piyada keçidlərində hərəkət təhlükəsizliyi səviyyəsinin artırılması məqsədilə 58 məntəqədə mövcud işıqforlara piyada seksiyası quraşdırılıb. 10 məntəqədə işıqfor səs siqnalı ilə təchiz edilib.
4 küçə və prospektdə səkilər “ideal səki” tələbinə uyğunlaşdırılıb. 123 məntəqədə piyada yol göstəricisi nişanı quraşdırılıb.
19 taksi duracaq məntəqəsi təşkil edilib. İl ərzində Bilgəh qəsəbəsində əsasən istirahət mərkəzlərini əhatə edən 2 km-lik velosiped yolu təşkil edilib. Şəhər mərkəzində isə 7,5 km uzunluğunda velosiped yolunun tikintisinə başlanılıb. Pilot layihə olan bu yolun artıq ilk 2 km-ə qədər hissəsinə asfalt örtük vurulub.

Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












