Bakıda tramvay xətlərinin çəkiləcəyi ilə bağlı YENİ AÇIQLAMA - VİDEO

Azərbaycanda nəqliyyat sahəsində yeniliklər davam edir. Bunun bariz nümunəsi olaraq Bakı Nəqliyyat Agentliyində (BNA) aparılan struktur dəyişikliyini də göstərmək olar.
Avtosfer.az-ın məlumatına görə, yeniliklər fonunda Bakıda tramvay və trolleybusların bərpa olunub-olunmayacağı maraqla gözlənilir. Paytaxtda bu nəqliyyat növlərinin yenidən fəaliyyətini bərpası isə zaman-zaman geniş müzakirəyə çıxarılıb.
Bakıda nəqliyyat konsepsiyasına dəyişiklik fonunda bu yeniliyin nəzərə alınıb-alınmayacağına ekspert Eldəniz Cəfərov münasibət bildirib. Nəqliyyat eksperti "ARB24"də yayımlanan "İş vaxtı" verilişində deyib ki, islahatlar olacaq: "Fikrimcə, Bakıda nəqliyyatın şaxələnməsi olacaq. Ona görə tramvay və trolleybus xətləri aktuallaşa bilər. Trolleybusların yenidən nəqliyyata qayıtması inandırıcı görünməsə də, tramvayların çəkilməsi mümkündür.
Hesab edirəm ki, Bakı ətrafı qəsəbələrdə tramvay xətlərinin olması olduqca müsbət haldır. Bunu şəhərinin mərkəzində təşkil etmək çətin olsa da, ətraf ərazilərdə tramvayların işə düşməsi real görünür".
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov da məsələnin gündəmdə olduğunu mətbuata açıqlaması zamanı bildirmişdi. O, açıqlamasında çəkiləcək tramvay xətlərinin sxeminin də müzakirə olunduğunu qeyd etmişdi:
“Vaxtilə Bakıda mövcud olmuş tramvay xətlərinin sökülməsi ilə ölkəyə ziyan vurulub. İndi bu xətləri yenidən yaratmaq çətindir. Bu səbəbdən xarici şirkətlərə müraciət etmişik. Biznes-plan hazırlanır.
Tramvay xətləri Bakının Əhmədli və Biləcəri, Abşeron rayonunun Pirşağı, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev kimi qəsəbələrini əhatə edəcək”.
Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən BAKU.WS-ə bildirilmişdi ki, şəhərdə mobilliyi artırmaq üçün müxtəlif ssenarilərə baxılır, ölçülür, qiymətləndirilir və tramvay potensial olaraq elə nəqliyyat növlərindən biri kimi nəzərdə tutulur. Hazırda tramvay xətlərinin çəkilməsi və ona nəzarət edilməsinin həvalə olunacağı qurum da müzakirə obyektidir.
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO











