Bakının bu prospektində velosiped zolağı çəkiləcək – RƏSMİ AÇIQLAMA - VİDEO

Paytaxtın daha bir ərazisində yenilik tətbiq ediləcək.
Avtosfer.az-ın sosial şəbəkə hesabına şəhər sakinlərindən biri tərəfindən video göndərilib. Görüntülərdə Yasamal rayonu İnşaatçılar prospektində hər iki istiqamətdə zolaqların silindiyi müşahidə edilir.
Həm üzü Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti istiqamətində, həm də Bakıxanov küçəsi istiqamətində qoşa xəttin biri və ortada zolaqları ayıran ağ xətt silinib. Vətəndaşın fikirlərinə görə bu yolda da avtobusların rahat hərəkətinə şərait yaranması üçün xüsusi zolaq təşkil ediləcək. O bildirib ki, vaxtaşırı bu prospektdən üzü Bakıxanov küçəsinə, “Gənclik” metrosu tərəfə tıxac yaşandığı üçün avtobusların hərəkətində çətinlik yaranır. Ola bilsin ki, bu məqsədlə yeni zolaqlar təşkil ediləcək.
Video ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərdik. Agentlikdən bildirildi ki, İnşaatçılar prospektində mikromobillik zolağının salınması ilə bağlı hazırlıq işləri görülür.
Səfər
Bakının bu prospektində yeni radar QURAŞDIRILDI
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO












