Nəsimidə 2 küçə əsaslı şəkildə təmir edilib - FOTO - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nəsimi rayonunda Cəlil Məmmədquluzadə küçəsinin 1 530 metrlik hissəsini, həmçinin Nəsib bəy Yusifbəyli küçəsinin 350 metrlik hissəsini əsaslı şəkildə təmir edib.
Avtosfer.az Agentliyə istinadən xəbər verir ki, C.Məmmədquluzadə küçəsində aparılan təmir işləri adıçəkilən küçənin Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinə qədər olan 840 metrlik hissəsində və Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinə qədər olan 690 metrlik hissəsində aparılıb.
Cəlil Məmmədquluzadə küçəsinin ortalama eni 10 metr təşkil edən Bakıxanov küçəsindən Əlibəy Hüseynzadə küçəsinədək olan hissəsində aparılan işlər çərçivəsində isə zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə küçəboyu 4 000 kv.m səki bərpa olunub, 2 066 p /metr yeni səki daşı düzülüb. Ümumilikdə 9175 kv.m sahədə təmir aparılıb, 8300 kv.m əraziyə asfalt-beton örtüyü döşənib.
Cəlil Məmmədquluzadə küçəsinin Nəsib bəy Yusifbəyli küçəsindən Azər Əliyev küçəsinədək olan hissənin ortalama eni 21 metr təşkil edir. Anoloji işlər burda da icra olunub. Belə ki, küçəboyu 1252 p/m səki daşı qoyulub, yolayrıcılarına 414 kv.m olmaqla tamet daşları düzülüb. Ümumilikdə 14.5 min kv.m əraziyə asfalt-beton örtüyü döşənib.
2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nəsimi rayonunda Nəsib bəy Yusifbəyli küçəsinin Cəlil Məmmədquluzadə və Mərdanov qardaşları küçələri arasında yerləşən 350 metrlik hissəsi də əsaslı şəkildə təmir olunub. Küçənin ortalama eni 14.5 metr təşkil edir.
Texnoloji ardıcıllığa uyğun olaraq, təmir işləri çərçivəsində zəruri olan yerlərdə piyada səkilərinin bərpası, yarasız səki daşlarının yenilənməsi işləri aparılıb. Bu istiqamətdə 840 kv.m piyada səkisi bərpa olunub, səkilərin kənarlarına 694 p/m səki daşı düzülüb.
Daha sonra küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub. Ümumilikdə 6772 kv.m ərazidə təmir işləri aparılıb.
Təmir işləri zamanı hər iki küçədə zəruri yerlərdə yağış barmaqlıqlarının qoyulması, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunması və layihə hündürlüyünə qaldırılması işləri də icra olunub.
Sonuncu mərhələdə küçələr üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
Bu il Nəsimi rayonunda təmir edilən küçələrin ümumi uzunluğu 3 km təşkil edir. 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq rayon ərazisində 6.4 km uzunluğa malik küçələrdə təmir işləri aparılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















