Xətai rayonunda 5 küçə təmir olunub - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakının Xətai rayonunun təmirə ehtiyac duyan, ümumi uzunluğu 13 km-dən çox olan Şirin Mirzəyev (660 metr), Corat (1420 metr), Oksigen (900 metr), Şahin Səmədov (1250 metr) küçələrində və Boru keçidi küçəsi döngələrində (1650 m) təmir işləri aparıb. Avtosfer.az bu barədə agentliyə istinadən xəbər verir.
Məlumata görə, sözügedən küçələr torpaq əsaslı və deformasiyaya uğramış asfalt örtükdən ibarət olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olur, hərəkətin rahatlığını və təhlükəsizliyini təmin etmirdi.
Aparılan yenidənqurma işləri çərçivəsində hər küçədə köhnə örtük sökülüb, torpaq yatağının yararsız hissələri qazılaraq çıxarılıb. Yeni torpaq yatağı və yol əsası inşa edilib.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən küçələrə ikiqat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinə aid quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunub. Bunun üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Sonuncu mərhələdə küçələrdə avtonəqliyyat vasitələrinin normal hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi, yol nişanlarının quraşdırılması işləri aparılıb.
Agentlik Xətai rayonu ərazisində 2019-2020-ci illər ərzində 41,5 km, 2021-ci ildə isə 14,2 km uzunluğa malik yolda təmir-tikinti işləri görüb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















