Bakıxanov qəsəbəsində 6 küçədə təmir işlərinə başlanılıb - VİDEO

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində cari ilin "İnvestisiya Proqramı"na əsasən, Sabunçu rayonu Bakıxanov qəsəbəsi üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 5,8 km təşkil edən küçələrdə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir işlərinə start verilib.
AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, hazırda Bakıxanov qəsəbəsində uzunluğu 600 metr, eni isə 12 metr təşkil edən Ruhulla Axundov küçəsi əsaslı şəkildə təmir edilir. Təmir işləri çərçivəsində yeni piyada səkiləri inşa edilir, mövcud olanları isə bərpa edilir. Səkilərin kənarlarında olan 1200 p/metr uzunluğa malik köhnə səki daşları yeniləri ilə əvəzlənir.
Analoji təmir işləri qəsəbənin 1 500 metr uzunluğa malik Oskar Əfəndiyev küçəsində də aparılır. Küçənin eni ortalama 12 metr təşkil edir.
Texnoloji ardıcıllığa uyğun olaraq sözügedən küçələrdə növbəti mərhələlərdə köhnə asfalt-beton örtüyünün frezlənərək kənara daşınması, yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunacaq.
Bu işlərə paralel olaraq küçələr boyu səth sularının normal kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemlərinin bərpa olunaraq işlək vəziyyətə gətirilməsi, yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqları qoyulması işləri də yerinə yetiriləcək.
"İnşaat Norma və Qaydaları"na uyğun təmir işlərinin sonuncu mərhələsində küçələr boyu avtonəqliyyat vasitələrinin hərəkətinin təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq.
"İnvestisiya Proqramı"na əsasən, təmir işlərinin ardıcıllıqla Bakıxanov qəsəbəsinin Şamil Kamilov (1800 m), Sülh (550 m), Ramiz Qəmbərov (400 m) və Əşrəf Yunusov (950 m) küçələrində də aparılması nəzərdə tutulur.
Qeyd edək ki, bütün işlər tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə lazımi sayda canlı qüvvə və texnika cəlb edilir.
Xatırladaq ki, Agentlik tərəfindən 2021-ci ildə Sabunçu rayonu ərazisində ümumi uzunluğu 9 km təşkil edən küçə təmir edilib.
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI












