Bakıya 150 ədəd 12 metrlik avtobus gətirildi – BNA

Xəbər verildiyi kimi ötən il ölkə başçısı İlham Əliyev paytaxtda istisara yararsız və köhnə avtobusların yeniləri ilə əvəzlənməsi üçün ölkəyə daha 320 avtobusun gətirilməsi ilə bağlı tapşırıq vermişdi. Hansı ki, onlardan 170 ədədi 9, 150-si isə 12 metrlik olacaq avtobuslar qardaş Türkiyə Respublikasının “BMC Otomativ Sənaye Ticarət” şirkətinin istehsalıdır.
Bakı Nəqliyyat Agentliyi bu ilin əvvəllərinə kimi yeni alınan avtobusların Azərbaycanda olacağını və 170 ədəd 9 metrlik avtobusların əsasən Bakıətrafı qəsəbəblərə istismara veriləcəyini qeyd etmişdi.
Hazırda bununla bağlı vəziyyət nə yerdədir?
Qurumun mətbuat katibi Mais Ağayev Bizim.Media-ya açıqlamasında avtobusların Bakı şəhərinə çatdırılması əvvəlcədən müəyyən olunmuş qrafikə uyğun olaraq davam edir:
“150 ədəd 12 metrlik avtobuslar artıq Bakıdadır. 9 metrlik 170 avtobusun gətirilməsinə isə qarşıdakı həftələrdə start veriləcək”.
Qeyd edək ki, Bakıətrafı qəsəbələrdəki xətlərdə hələ də istismara yararsız və köhnə avtobuslar var. Rəsmi qurumlar Azərbaycanda avtobus parkının yenilənməsi ilə bağlı ardıcıl tədbirlərin aparıldığını bildirir.
Konkret olaraq paytaxtın Biləcəri, Nardaran, Hövsan, Maştağa, Bilgəh, Buzovna, Zaqulba, Sabunçu, Zabrat, Qaraçuxur və Bakıxanov qəsəbələrində problemli avtobuslarla əlaqədar şikayətlərin ardı-arası kəsilmir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












