Bərdədə 4 minə yaxın əhalinin istifadə etdiyi yol yenidən qurulur - VİDEO

Avtomobil Yolları Dövlət Agentliyi Bərdə rayonunda Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolunun yenidən qurulmasına başlayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Məlumata görə, respublika əhəmiyyətli Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 46-cı km-dən ayrılan Qarağacı-Mirzəcəfərli-Mollagüllər avtomobil yolunun uzunluğu 8 km olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur.
Əvvəllər qara və çınqıl örtüklü olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı. Artıq bu problemlər yenidənqurma işləri ilə geridə qalır. Bu üzdən görülən işlər yolun keçdiyi yaşayış məntəqələri sakinlərinin də ürəyincə olub.
Tikinti işləri çərçivəsində müxtəlif həcmdə yol yatağının 10 metrə qədər genişləndirilməsi işləri aparılıb, qazma-dolma və kipləşdirmə işləri görülüb, yeni yol yatağı inşa edilib. 2 hərəkət zolaqlı olacaq yola 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Layihə çərçivəsində əkin sahələrinin suvarılması üçün 44 yerdə müxtəlif diametrlərdə olan suötürücü boruların tikintisi, həmçinin mövcud suötürücü boruların bərpası işləri görülüb.
Daha sonra “İnşaat Norma və Qaydaları”na əsasən, optimal-qırmadaş və qum-çınqıl qarışımından ibarət yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi işləri də icra olunacaq. Ümumilikdə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək.
Layihəyə uyğun bütün işlər tam olaraq yekunlaşdıqdan sonra zəruri olan yerlərdə yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri aparılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












