BNA-dan daha bir yenilik: 138 parklanma yeri təşkil ediləcək - VİDEO
Bakı Nəqliyyat Agentliyi Paytaxt küçələrində parklanmanın idarə edilməsi məqsədilə pilot layihənin icrasına start verib. İlkin olaraq, layihənin əhatə etdiyi Bəsti Bağırova, Məhəmməd Naxçıvani və onlarla kəsişən küçələrdə yenidənqurma işləri həyata keçirilməkdədir. Parklanma yerlərinin təşkili məqsədilə layihələndirilən ərazidə həm də müasir şəhərsalma qaydalarına uyğun olaraq piyadayönümlülüyün artırılması prinsipləri əsas götürülüb.
Hazırda pilot layihənin icra edildiyi Bəsti Bağırova küçəsinin əvvəlki vəziyyəti heç də ürəkaçan deyildi. Burada piyada səkilərinin davamsızlığı və ümumilikdə yol infrastrukturunun vəziyyəti ərazini sürücülər və piyadalar üçün keçilməz edirdi.
Yeni layihə əsasında uzunluğu 450 metr olan bu küçənin ideal səviyyəyə gətirilməsi üçün 6 yerdə eynisəviyyəli piyada keçidi təşkil ediləcək. Yaşayış binalarından başqa 1 xəstəxana, 1 kollec və 1 bağçanın da yerləşdiyi bu küçədə nəqliyyat axınının intensivliyi nəzərə alınmaqla 138 parklanma yeri təşkil ediləcək, parklanmanın idarə edilməsində müasir texnologiyalar tətbiq ediləcəkdir. İcrası davam edən layihə çərçivəsində həm də digər kommunikasiya işləri görülür ki, bu da işə əsaslı yanaşmanın təzahürüdür. Küçədə hazırda tikinti-quruculuq işlərinin davam etməsini nəzərə alaraq sürücü və piyadalardan bu yolda daha diqqətli olmalarını və ərazidəki müvəqqəti çətinliyi anlayışla qarşılamalarını xahiş edirik. İşlərin 3 ay ərzində tamamlanması planlaşdırılır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












