"Bolt" Azərbaycanda gənclər üçün yeni müsabiqə elan edib; bu atrixdə başlayacaq - RƏSMİ

“Bolt Akademiya” gənclər arasında yol təhlükəsizliyi və şəhər infrastrukturu sahəsində innovativ ideyaların təşviqi məqsədilə yeni müsabiqəyə start verir.
Avtosfer.az xəbər verir ki,layihə yaradıcı düşünən tələbələr və gənclər üçün öz ideyalarını təqdim etmək və real layihəyə çevirmək imkanı yaradır.
Müsabiqə çərçivəsində universitet və peşə məktəblərində təhsil alan gənclər yol təhlükəsizliyi və şəhər mühitinin yaxşılaşdırılması ilə bağlı ideyalarını təqdim edə bilərlər. Seçilmiş layihələr ekspertlər və geniş auditoriya qarşısında təqdim olunacaq, həmçinin mentor dəstəyi ilə inkişaf etdiriləcək.
Bolt nümayəndəsinin sözlərinə görə, təşəbbüsün əsas məqsədi gəncləri təhlükəsizlik mövzusunda daha aktiv iştirak etməyə təşviq etmək və onların ideyalarını real həllərə çevirməkdir.
“Yol təhlükəsizliyi yalnız texnologiya ilə deyil, həm də insanların düşüncə və yanaşması ilə formalaşır. Bu təşəbbüslə biz gənclərə öz ideyalarını paylaşmaq və şəhərlərin daha təhlükəsiz olmasına töhfə vermək imkanı yaradırıq”.
Proqram iştirakçılarına aşağıdakı imkanları təqdim edir:
1. ideyanı geniş auditoriya və potensial investorlar qarşısında təqdim etmək imkanı;
2. sahənin peşəkarlarından mentorluq və praktiki tövsiyələr;
3. seçilmiş layihələrin real tətbiq imkanlarının araşdırılması.
Müsabiqə üç mərhələdən ibarətdir. İlk mərhələdə təqdim olunan müraciətlər arasından ən perspektivli 10 ideya seçiləcək. Bu komandalar 14 may tarixində Sea Breeze-də keçiriləcək təhlükəsizlik tədbirində öz layihələrini təqdim edəcəklər.
İkinci mərhələdə münsiflər heyəti tərəfindən ən yaxşı 5 layihə müəyyən ediləcək və bu komandalar Bolt Akademiya ilə birgə əməkdaşlıq çərçivəsində layihələrini daha da inkişaf etdirəcəklər.
Son mərhələdə isə seçilmiş iştirakçılar üçün fərdi mentorluq sessiyaları təşkil olunacaq və onların ideyalarının real layihələrə çevrilməsi imkanları nəzərdən keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyənlər 5 may 2026-cı il tarixinədək [email protected] elektron ünvanına müraciət edə bilərlər.
Səfər
Bu küçədə sərbəst hərəkət təmin edildi - Sürücülərin NƏZƏRİNƏ! - VİDEO
Bakıda saatda 50 kilometr limiti: YENİLİKDİRMİ?
Prezident ödənişli yolda sürət həddi ilə bağlı qanuna DƏYİŞİKLİYİ təsdiqlədi
Prezidentin yeni Mətbuat katibi KİMDİR?
Bakıda skuter və velosiped sifarişləri nə qədər artıb? - ARAŞDIRMA
Bakıda davamlı sıxlıq olan daha bir ərazidə "sarı tor" tətbiq edildi - FOTO
Bakının mərkəzində bu bu ərazilər piyadalaşdırılacaq – EKSPERT - FOTO
Sürücülük vəsiqəsi olanların NƏZƏRİNƏ - MİLLİ MƏCLİS
Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcək? – EKSPERT AÇIQLADI
Maşına monitor quraşdırma qadağası Azərbaycana gələ bilər - EKSPERT
Bu nişanı görəndə qırmızı işıqda keçə bilərsiniz - Sürücülərin nəzərinə - VİDEO








