Bu il Bakıda 5 minə yaxın yol nişanı quraşdırılıb - BNA-dan HESABAT

Bakı Nəqliyyat Agentliyi (BNA) bu il paytaxtın küçə və prospektlərində çatışmayan 4 924 yol nişanı quraşdırıb, nəqliyyatın hərəkətində sıxlığın olduğu 21 kəsişmədə "sarı kəsimə toru" nişanlanması çəkib.
Avtosfer.az bu barədə Agentliyə istinadən xəbər verir.
Bundan başqa, məlumata görə, il ərzində Bakıda 26 küçə və prospektdə pandus inşa olunub, 249 küçə və prospektdə eynisəviyyəli piyada zolağı yenilənib, 40 piyada keçidində “sarı döyünən işıq” tətbiq edilib, 23 məktəb ətrafında isə hərəkət təhlükəsizliyi səviyyəsi artırılıb. Piyadaların səki boyunca rahat və təhlükəsiz hərəkətini təmin etmək, eləcə də ümumi hərəkət təhlükəsizliyi baxımından əhəmiyyət kəsb edən tumbaların quraşdırılması isə 28 küçə və prospektdə təmin edilib. 17 küçə və prospektdə isə dəmir məhəccər quraşdırılıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












