Bu yollar bayramda təmir edilib - SİYAHI - VİDEO

Bayram tətili günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 22-27 mart tarixlərində bir-neçə küçə və prospektdə təmir işləri aparılıb.
AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, təmir işləri zamanı deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə yeni asfalt-beton örtüyü döşənib. Ardınca üfiqi nişanlama xətlərinin çəkilişi işləri icra olunub.
Təmir işləri 13 küçə və prospektin 30 min kv.m-dən çox sahəsində aparılıb.
22-27 mart 2022-ci ildə təmir işləri aparılan küçə və prospektin S İ Y A H I S I
1 Mikayıl Müşfiq küçəsi (“Qurd qapısı”ndan Mətbuat prospektinə qədər);
2 Rəşid Behbudov küçəsi (Dilarə Əliyeva küçəsindən Süleyman Rəhimov küçəsinə qədər);
3 Abdulvahab Salamzadə küçəsi ("Qələbə dairəsi”ndən tunelin giriş hissəsinə qədər - 3 yerdə);
4 Nazim Hikmət küçəsi (Musabəyov dairəsi);
5 Tbilisi prospektinin yan yolu (Seyidcəfər Pişəvəri küçəsindən “20 Yanvar dairəsi”nə qədər);
6 Ziya Bünyadov prospekti ("Azadlıq" körpüsünün üstü - 3 yerdə);
7 Ziya Bünyadov prospekti (Asif Məhərrəmov küçəsindən "20 Yanvar dairəsi”nə qədər);
8 Azadlıq prospekti (Naxçıvani küçəsindən tunelin giriş hissəsinə qədər);
9 Ziya Bünyadov prospekti (İbrahimpaşa Dadaşov küçəsindən "Santral" mağazaya qədər olan hissə - 6 yerdə);
10 Ziya Bünyadov prospekti ("Santral" mağazanın qarşısında yan yollar);
11 Şəhər şossesi (Zabrat yolu);
12 "Koroğlu" körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsi istiqamətində);
13 Bakı Dairəvi I yolu ("Binə" ticarət mərkəzindən Biləcəri istiqamətində);
14 Heydər Əliyev prospekti - Mərdəkan - Bilgəh avtomobil yolunun rənglənməsi;
15 Suraxanı rayonu ərazisində Səttar Bəhlulzadə küçəsi;
16 Salyan şossesi (Arif İsmayılov küçəsindən "20 sahə dairəsi”nə qədər).
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
ADY və Hamburq Limanı əməkdaşlığı gücləndirir - FOTO
Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün YENİLİK
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI












