DİN-dən II Yaylaq Festivalı zamanı tıxacların yaranması ilə bağlı iddialara CAVAB - VİDEO

“Bəzi xəbər saytlarında ölkəmizdə keçirilən II Yaylaq Festivalı zaman böyük tıxacların olması və vətəndaşların bu tıxacda qalması ilə bağlı əsası olmayan yazılar dərc olunub. İlk növbədə qeyd edim ki, Göygöl rayonunda keçirilən festival ilə bağlı rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib, həm ictimai asayişin qorunması həm də nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə polis əməkdaşları mütəmadi müvafiq tədbirlər görür”.
Bu barədə Avtosfer.az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
“Bu tədbirlərə festivala gələn avtomobillərin festival ərazisinə növbəli şəkildə buraxılması da daxildir. Onu da qeyd edim ki, festivalın keçirildiyi yer dağlıq ərazidir, həmin ərazidə olan yol birtərəfli olmaqla bərabər sər dolanbac və yoxuşlu yoldur. Bu səbəblə həmin ərazidə adi günlərdə də müəyyən olunmuş aşağı sürət ilə hərəkət edilməlidir. Əlavə olaraq dünən axşam saatlarında yağış yağması vətəndaşların eyni anda festival ərazisini tərk etməsinə səbəb olub, lakin bu zaman da Göygöl RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları müvafiq təhlükəsizlik tədbirləri görərək vətəndaşların təhlükəsiz və növbəli şəkildə hərəkətini təmin edib. Onu da qeyd edim ki, festival müddətində nə cinayət, nə də inzibati xarakterli hüquqpozma qeyd alınmamaqla bərabər hər hansı bir yol nəqliyyat hadisəsi də baş verməyib”, - deyə E.Qasımov qeyd edib.
Xırdalan sakinlərinə şad xəbər: Tıxaca son qoyacaq iki mühüm layihə - VİDEO
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO












