DİN Tovuzun sabiq polis rəisi barəsində ittihamlara cavab verib

2020-ci ilin yanvar ayında Tovuz rayonunda azyaşlı qızın qətli ilə əlaqədar başlanılmış cinayət işinin istintaqı Respublikanın Baş Prokurorluğunda aparılsa da son zamanlar rayonun sabiq polis rəisi Şirzad Əsgərovun ünvanına ağır ittihamlar səsləndirilir.
DİN Mətbuat xidmətinin rəisi Ehsan Zahidov Avtosfer.az-a bildirib ki, qeyd olunan ittihamlar yalandır, uydurmadır və qərəzlidir: "Hazırda təqaüddə olan Şirzad Əsgərov daxili işlər orqanlarında 40 ilə yaxın xidmət edib, dövlətini və xalqını sevən bir polis zabiti olub. 2020-ci ildə törədilən qətl hadisəsinin açılmasında həmin vaxt rayonun polis rəisi kimi Ş.Əsgərovun əməyi danılmazdır. Cinayət işinin respublikanın Baş Prokurorluğu tərəfindən aparılmasını nəzərə alsaq istintaqa kiminsə müdaxilə etməsi mümkün deyil və qanun da buna imkan vermir. Ona görə də sabiq polis zabiti haqqında uydurma və qərəzli ittihamlar səsləndirmək həm qanuni həm də mənəvi baxımdan qətiyyən yolverilməzdir.
Şirzad Əsgərov daxili işlər orqanlarında xidmət etdiyi müddətdə qanunun aliliyini rəhbər tutan bir zabit olub. Onun hazırda təqaüddə olmasına baxmayaraq bu gün də təcrübəli və peşəkar bir polis veteranı kimi bizim sıralarımızdadır".
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












